Akif Aşırlı APA-nı təbrik etdi




Hörmətli, Vüsalə xanım!

Azərbaycanın ən böyük xəbər istehsalçılarından «Azəri Press» İnformasiya Agentliyinin 12 yaşının tamamı münasibətilə Sizi və kollektivinizi, dəyərli həmkarlarımızı təbrik edirik. 

Öz peşəkarlığı ilə seçilən, jurnalistikanın qızıl qaydalarına və ənənələrinə sədaqət nümayiş etdirən APA həm də Azərbaycanda sərhədləri adlayan ilk xəbər daşıyıcılarından biri olaraq mətbuat tariximizdə şərəfli yer tutacağına əminik.

İlk xəbər buraxılışından başlayaraq ölkənin əksər çap mətbuatı, o cümlədən uzun qəzetçilik yolu keçən «Şərq» qəzeti APA- nı dəqiq, qərəzsiz xəbər ünvanı kimi tanıyıb və bu gün də tanımaqdadır.
12 il az vaxt deyil. Bu illər ərzində gərgin əməyin, peşəkarlığın nəticəsində mötəbərliyi şübhə doğurmayan informasiya məkanı kimi tanınmağın özü APA-çılar və Sizin üçün böyük uğurdur.
İnformasiya texnologiyalarının və yeni media sisteminin durmadan inkişaf etdiyi dönəmdə kollektivinizin yeni uğurlara imza atacağına inanır, bu yolda başırılar diləyirik.

Hörmətlə, Akif Aşırlı.