Akif Nağı İran səfiriylə nə danışıb?
20:56 29.01.2016
Arxiv
1039
“Biz səfirin diqqətinə çatdırdıq ki, QHT olaraq iki dövlətin əməkdaşlığına ictimai dəstək vermək istəyirik”
"Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağı İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb. Bu barədə "Şərq”ə danışan QAT sədri "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum” haqqında səfirə məlumat verdiyini deyib.
Məlumat üçün bildirək ki, Azərbaycan, İran, Türkiyə və Gürcüstanın Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Forum yaradılması nəzərdə tutulub. Hazırda bununla bağlı görüşlər davam etdirilir. A.Nağının sözlərinə görə, Forumun məqsədi region ölkələrinin xoş münasibətlərinin inkişafına, münaqişələrin həllinə, ölkələrin hər birinin ərazi bütövlüyünə və digər vacib məsələlərə ictimai dəstəyin verilməsindən ibarətdir: "Əvvəlcə Gürcüstanın qeyri-hökumət təşkilatları ilə bu məsələ ətrafında müzakirələr apardıq. Daha sonra İran və Türkiyəni təmsil edən QHT-ləri prosesə cəlb etdik. İlk toplantımız dekabr ayının 29-da Bakıda oldu. Görüşdə Forumun adını dəyişdik. Əslində biz ayrı cür ad fikirləşirdik. Amma fərq etməz, çünki məzmun eyni qaldı. Bunu qısa şəkildə "Anti-işğal Forumu” adlandırmaq olar. İran səfiri bizi çox xoş qarşıladı və təşəbbüsümüzü müsbət dəyərləndirdi. Səfir bu işdə bizə dəstək verməyə hazır olduğunu dedi. Həmçinin, bəyan etdi ki, son proseslərdən sonra Azərbaycan-İran münasibətləri daha da inkişaf edib. Ölkə rəhbərləri, XİN başçıları səviyyəsində dəfələrlə görüşlər olub. Biz də səfirin diqqətinə çatdırdıq ki, QHT olaraq iki dövlətin əməkdaşlığına ictimai dəstək vermək istəyirik. Vurğuladıq ki, bizim üçün ən böyük məsələ Dağlıq Qarabağ probleminin həll olunmasıdır. İran dövlətinin bu məsələdə obyektiv mövqe tutmasını arzu edirik. Bildiyiniz kimi, ötən gün İran XİN rəhbərinin müavini Moskvada açıqlama verdi və dedi ki, onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdırlar. Hesab edirik ki, nə qədər çox dövlət münaqişə ilə bağlı xoş mövqe tutsalar, problem o qədər tez həll olar”. QAT sədri digər görüşlər barədə də məlumat verib: "Türkiyə səfirliyi ilə əlaqələrimiz olub. Mən və müavinlərim onlarla tez-tez ünsiyyət qururuq. Gürcüstan səfirliyi ilə məktublaşırıq, daha doğrusu mən səfirliyə məktub yazdım, onlar isə mənə zəng etdilər və bəzi məsələləri müzakirə etdik. Ümid edirik ki, hər şey yaxşı olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi