Aksiz markası olmayan siqaret satanlar 100 manat cərimələnəcək
13:24 08.12.2015
Arxiv
835
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Lent.az-ın məlumatına görə, Məcəllədə aşağıdakı dəyişikliklər edilib:
1. 229-cu maddə üzrə:
1.1. maddənin adına "kənara çıxarılması” sözlərindən sonra ", belə məhsulların (malların) nağd qaydada alğı-satqısı” sözləri əlavə edilsin;
1.2. maddənin dispozisiyası 229.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 229.2-ci maddə əlavə edilsin:
"229.2. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması -
yüz manat miqdarında cərimə edilir.”.
1.3. maddənin "Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
"Qeyd: Bu Məcəllənin 229.1-ci maddəsində "az miqdarda" dedikdə beş yüz manatadək, 229.2-ci maddəsində isə "az miqdarda" dedikdə əlli manatadək olan məbləğ başa düşülür”.
2. 360.1-ci maddədə "229” rəqəmləri "229.1” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur - Ekspert
16:22 12.03.2026
Gündəm
Teleqram hətta VPN vasitəsilə də işləməyəcək
16:09 12.03.2026
Texnologiya
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
15:58 12.03.2026
Ölkə
Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel
15:49 12.03.2026
Gündəm
Rusiya BMT TŞ-nin İrana qarşı qətnaməsindən narazıdır
15:41 12.03.2026
Dünya
Koreyadakı THAAD-lar Yaxın Şərqə köçürülür
15:21 12.03.2026
Dünya
BMT Baş katibi Türkiyədə səfərdədir
15:16 12.03.2026
Dünya
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
15:02 12.03.2026
Elm və Təhsil
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm