Almaniya avtomobil yollarında sürət həddinə niyə limit qoymur ? - Maraqlı səbəb





Almaniya Avropada avtomobil yollarında sürət həddinə limit qoymayan yeganə ölkədir.

"Sherg.az" Fransanın "nouvelobs.com" saytına istinadən xəbər verir ki, bu qərarın səbəbi daha çox ekoloji çirklənmənin qarşısının alınması ilə izah olunur.

Belə ki, Ətraf Mühitin Qorunması Ezrə Hökumət komissiyası hesab edir ki, sürət həddinin azaldılması tullantı qazı və toz yaradır ki, bu da ekologiyaya ciddi ziyan vurur.

Ətraf mühit Nazirliyi isə bu yanaşma ilə razılaşmır. Qurumdan bildirilib ki,
sürət həddinin məhdudlaşdırılması heç bir ekoloji natarazılıq yaratmır və bu addım ekologiyanın qorunması üçün müstəsna çıxış yolu deyil.

Avropanın nəhəng avtomobil klublarından olan "Adac" da təsdiqləyib ki, sürət həddinin məhdulaşdırılması karbon qazının əmələ gəlməsinə yalnız marginal təsir göstərir.

"Emnid"in Almaniya vətəndşaları arasında keçirdiyi sorğuya əsasən almanların 65 faizi sürət həddinin məhdudlaşmasının lehinə, 36 faiz isə əleyhinə çıxıb.

Tərcümə etdi: Ayyət Əhməd