Almaniyada koronavirusa yoluxmuş şəxsə görə məktəb bağlandı
18:46 02.03.2020
Arxiv
411
Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində koronavirus şübhəsi ilə 1 000 nəfərə yaxın sakin evlərində karantinə alınıb.
Bu barədə “Report”un Avropa bürosuna Poppelsdorf qəsəbəsindəki Klemens-Avqust məktəbinin rəhbərliyindən məlumat verilib.
Bildirilib ki, 22 yaşlı işçinin koronovirusla bağlı verdiyi analizlərin nəticəsi pozitiv çıxıb. Bundan sonra 185 şagirdin təhsil aldığı məktəb şəhər bələdiyyəsi və məktəb rəhbərliyinin birgə qərarı ilə iki həftəlik bağlanıb.
Məktəbdə dezinfeksiya işlərini həyata keçirən Bonn Şəhər Səhiyyə İdarəsindən vurğulanıb ki, evə buraxılan 185 şagirdin hər biri koronavirus testindən keçirilib, nəticələr iki-üç günə bəlli olacaq.
Virusa yoluxmuş məktəb çalışanı isə Haynsberq bölgəsində keçirilən karnavalda iştirak edib. Bu günə qədər Şimali Reyn Vestfaliyada koronavirusa yoluxmuş şəxslərdən 40-nın Haynsberqdəki karnavalda iştirak etdiyi deyilir.
Bu bölgədə ilk virusa yoluxmuş, hazırda Düsseldorf Universitet Klinikasında karantin altnda saxlanılan 47 yaşlı şəxs də həmin karnavalda iştirak edib.
Son məlumata görə, Almaniyada 150 nəfərdə koronovirus aşkarlanıb. Virusa yoluxanlardan 72-si Şimali Reyn Vestfaliya əyalətinin sakinləridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya