AMEA-dan koronavirusun mərhələləri ilə bağlı AÇIQLAMA
08:55 19.03.2020
Arxiv
483
“Yeni koronavirusun əmələ gətirdiyi xəstəliyi dörd mərhələyə bölmək mümkündür. Birinci mərhələ yeddi gündən 10 günə qədər davam edir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynova deyib.
Onun sözlərinə görə, xəstəlik ilkin dövrdə adi soyuqdəyməni xatırladır:
“COVID-19 aşağı tənəffüs yollarını yoluxduraraq pnevmoniyaya səbəb olur. Məlumatlara görə, yeni koronavirusun əmələ gətirdiyi xəstəliyi dörd mərhələyə bölmək mümkündür. Birinci mərhələ yeddi gündən 10 günə qədər davam edir və “virusemiya” adlanır. İlkin dövrdə bu daha çox adi soyuqdəyməni xatırladır.
Situasiya doqquzuncu gündən başlayaraq 14-cü günə qədər davam edən müddətdə kəskin dəyişir. Çünki bu vaxt epitel hüceyrələrinin zədələnməsi prosesi başlayır.
Tənəffüs yollarında mikroorqanizmlərin və bakteriyaların kolonizasiyası baş verir, bu isə xəstəni ölümə doğru aparan mərhələdir. Xəstəlik həmin mərhələdə nəzarət altına alınmasa, infeksiyaya yoluxmuş insanda kəskin tənəffüs çətinliyi sindromu və ya kardiogen olmayan ağciyər ödemi başlayır. Bu zaman insan süni tənəffüs aparatına qoşulmadan yaşaya bilməz.
Xəstəliyin dördüncü mərhələsi isə immunosupressiya dövrüdür. Bu, insanın anadangəlmə və qazanılmış immunitetinin zədələnməsi deməkdir. Eyni zamanda, xəstəliyə təhlükəli “Pseudomonas aeruginosa” çubuqları və göbələklər kimi aqressiv patogenlər də qoşulur”.
O bildirib ki, gələcək tədqiqatlar koronavirusun dəyişikliklərini, mutasiyalarını aşkara çıxarmağa həsr olunmalıdır:
“Mümkün qədər proqnozlaşdırmağa istiqamətləndirilməlidir və vaksin hazırlanmasına xərclənən çox böyük həcmdə vəsaitin əhəmiyyətli bir hissəsi məhz bu cür araşdırmalara yönəldilməlidir. Koronavirus infeksiyasına qarşı mübarizə vətəndaş-dövlət işbirliyini, yaxın əməkdaşlığını tələb edir. Azərbaycan belə bir həmrəyliyin təcəssümü kimi nümunə göstərə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya
Qızıl ucuzlaşmaqda davam edir
20:08 28.09.2026
İqtisadiyyat