AMEA-ya gənc kadrlar dəvət edilməlidir
08:53 03.07.2018
Arxiv
493
Bu halda akademiyanın nüfuzunu qaldırmaq olar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu gün Azərbaycanda akademiyanın adı çox hörmətlə çəkilir. AMEA prezidentinin sözlərinə görə, birgə əməkdaşlıq nəticəsində akademiyanın nüfuzunu artırmaq mümkündür.
Akademiyanın nüfuzunun yüksəldilməsi üçün alimlər tərəfindən də müəyyən işlərin görülməsini vacib sayan A.Əlizadə bildirib ki, ölkənin gənc nazirləri də akademiya ilə əməkdaşlıq edirlər.
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə bildirib ki, akademiyanın nüfuzunun artırılması üçün gənc kadrlar işə cəlb edilməli və onlara geniş imkanlar verilməlidir. Ekspertin sözlərinə görə, 20-ci əsrin 40-cı illərində müstəqil Azərbaycan Milli Elmlər Akademiyası tarixi zərurətdən yaranıb, ölkəmizin və xalqımızın inkişafında mühüm rol oynayıb:
"Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, milli ziyalılığın və ictimai fikrin formalaşdırılması və daha da möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. AMEA ölkədə elm, təhsil, iqtisadiyyat və digər sahələrdə mühüm rola malik olub. Amma son illər ərzində AMEA-nın bəzi institutları istənilən fəaliyyəti ortaya qoya bilmir.
Bu gün AMEA-nın tərkibinə nəzər salanda görürük ki, gənclərin bura cəlb olunmasında, onların elmi-tədqiqat işlərinin həyata keçirilməsində ciddi problemlər var. Məhz bu institut rəhbərliklərinin gənc alimlərə qarşı apardıqları fəaliyyət AMEA-nın nüfuzuna xələl gətirir. Hazırda ölkə başçısı tərəfindən AMEA əməkdaşlarının mənzil şəraiti yaxşılaşdırılıb. Onların sosial müdafiəsi sahəsində böyük işlər görülüb.
Böyük uğurlarla yanaşı AMEA-nın fəaliyyətində müəyyən çatışmazlıqlar var ki, bu da onların nüfuzuna xələl gətirir. AMEA Azərbaycan Respublikasının elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanıdır. Akademiya Azərbaycanda bütün elmi təşkilatların və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir və istiqamətləndirir, respublikada elmin inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir. Lakin qeyd etdiyim fəaliyyəti biz yüksək səviyyədə görə bilmirik”.
K.Əsədov həmçinin bildirib ki, universitetlərlə AMEA arasında elmi əməkdaşlıq çox aşağı səviyyədədir: "Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu ölkənin sosial-iqtisadi inkişafında AMEA-nın rolunu və ciddi fəaliyyətini görə bilmirik.
Düzdür, 73 il fəaliyyəti ərzində akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynayıb. Lakin bu fəaliyyət son dövrlərdə yerli xarakter alıb. Beynəlxalq nüfuzlu jurnallarda, tədqiqat dərgilərində AMEA əməkdaşlarının məqalələrinə az rast gəlinir. Bu gün AMEA dövlət büdcəsindən ən çox vəsait alan qrumlardan ilk sıralarda yer alır.
Hazırda AMEA-da 10300-dən yuxarı əməkdaş, o cümlədən 5500-ə yaxın elmi işçi, 500-ə yaxın elmlər doktoru, 2000-dən yuxarı elmlər namizədi çalışır. Akademiyanın 60 həqiqi üzvü və 107 müxbir üzvü var. Onlar Akademiyanın və başqa qurumların elmi-tədqiqat strukturunda fəaliyyət göstərirlər, lakin onların fəaliyyəti istər dünya miqyasında, istərsə də yerli əmək bazarında çox az hiss olunur.
Hesab edirəm ki, Akademiyanın fəaliyyətini tənzimləyən normativ sənədlərdə əhəmiyyətli dəyişikliklər edilməlidir. Akademiyanın nizamnaməsi yenidən işlənib hazırlanmalıdır. Bundan sonra AMEA-nın dövlət büdcəsindən maliyyələşməsi dayandırılmalı, publik hüquqi şəxsə çevrilməli və göstərdiyi xidmətlərə görə gəlir əldə etməlidir.
Bu həm də AMEA-nın nüfuzunun artmasına xidmət edəcək. Əlbəttə ki, alimlərimiz son illər qiymətli nəticələr əldə edərək, dünya elminə də böyük töhfələr verib. Amma onların sayı mövcud potensialdan və imkanlardan dəfələrlə azdır. Düşünürəm ki, AMEA gənc mütəxəssislərə geniş imkanlar açmalı, onları işə cəlb etməlidir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat