AMEA: Yerə yaxınlaşan asteroid təhlükə yarada bilər
10:45 08.02.2016
Arxiv
616
"2013 TX68 asteroidinin fırlanma müddəti 2 ildən bir az artıqdır. Buna görə də tez-tez Yer kürəsinin həndəvərində olacaq. 2013 TX68 asteroidi Çelyabinsk asteroidinə bənzəyir. Çelyabinsk asteroidinin diametri təxminən 19 metr idi. Bu isə ondan təxminən iki dəfə böyükdür. Lakin asteroidin Yerlə toqquşma ehtimalı böyük deyil”.
Bunu APA-ya açıqlamasında AMEA-nın müxbir üzvü, Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əyyub Quliyev deyib.
O qeyd edib ki, 2013-cü il TX 68 asteroidi 2013-cü ildə Katalina rəsədxanasında kəşf olunub: "Asteroid balacadır, diametri təxminən 30-40 metr arasındadır. Özəlliyi ondan ibarətdir ki, Yerin orbitini kəsib keçir. Asteroid bir növ Yer üçün təhlükə yarada bilən kateqoriyaya aiddir. Hesablamalar göstərir ki, asteroidin Yerə ən çox yaxın olma vaxtı bu il mart ayının 5-dən 8-ə kimi olacaq. Asteroid Yer kürəsinə ən çox 19 min 500 km məsafəyədək yaxınlaşa biləcək. Bu çox kritik məsafə olsa da, o qədər də böyük təhlükə kəsb eləmir. Təxminən 17-18-ci ulduz ölçüsüdür. Asteroidin növbəti dəfə Yerə yaxınlaşması 2017-ci ildə gözlənilir”.
Qeyd edək ki, NASA-dan bildirilib ki, yerə doğru hərəkət edən 2013 TX68 asteroid bu il martın 5-də yerə ən yaxın məsafədə olacaq. Bu məsafənin 17, yaxud 14 milyon kilometr təşkil edə biləcəyi deyilir. Asteroidin dəqiq hansı uzaqlıqdan keçəcəyini müəyyən etmək mümkün olmasa da, Yer kürəsi ilə toqquşması da istisna edilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat