Amerika bölgəsindən gələn "qonaq"…

Türkiyədə görünməyən "uzunayaq" sığınacağa verilib
Türkiyənin Çorum bölgəsində Yılmaz Oktay adlı bir nəfər Samsun-Ankara yolunda avtomobillə hərəkətdə olarkən yolun kənarında çırpınan bir quş balası görür. Leylək sandığı quşu evinə gətirib, yarasını sarıyır və onu qidalandırır. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Oktay daha sonra internetdə araşdırma apararaq quşun Türkiyədə "uzunayaq" olaraq tanınan köçəri quş növü "Himantopus" olduğunu öyrənir. Dərhal Çorum Bələdiyyəsi Baytar İşləri Müdirliyinin nəzdindəki heyvan sığınacağına müraciət edir. Sığınacağa aparılan quş burada müayinə olunur. Oktay jurnalistlərə verdiyi açıqlamada, quş balasını fərq edən zaman avtomobillərin hərəkətini dayandırıb, quşu muhafizə etdiyini söyləyir. İnternetdən apardığı araşdırmada quşun köçəri quş olduğunu öyrəndiyini vurğulayan Oktay, "Bu quşun bölgəmizdə yaşamadığını öyrənib, heyvan sığınacağına gətirdim. Sığınacaq səlahiyyətliləri bu növün Çorum bölgəsində heç vaxt görünmədiyini söylədilər. Ümumiyyətlə Amerika bölgəsində yaşayan bir quş növüymüş. Buralarda onu görmək sevindiricidir" deyib. Heyvan sığınacağında yaralı quşu müayinə edən baytar həkim Mərd Günhan da əvvəllər Çorum və ətrafında "uzunayağ"a rast gəlinmədiyini bildirib. Quşun yırtıcı bir  heyvanın zərbəsiylə yaralana biləcəyini qeyd edən Günhan, "Quş balasını təslim aldıq, ilk müdaxiləmizi də etdik. Ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Quşa artıq burada baxacağıq. Bundan sonra bəlkə uça bilməyəcək, ancaq sığınacağımızda güvən içərisində yaşamağa davam edəcək. Bölgəmizdə olan bir quş növü olmadığı üçün buranın əziz qonaqlarından biri olacaq" deyə sözünə əlavə edib.