Amerikalı konqresmen: "AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin qəbul olunmamasında Viktoriya Nulandın xüsusi rolu olub"
09:54 09.02.2016
Arxiv
703
Dağlıq Qarabağla bağlı qətnamənin AŞPA-nın qış sessiyasında qəbul olunmamasının yeni detalları məlum olub.
APA-nın məlumatına görə, amerikalı ermənipərəst konqresmen Adam Şiff Ermənistanın "Asbarez” qəzetinin baş redaktoru Ara Xaçatryanın "Horizon live” verilişinə müsahibəsində qətnamənin keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olduğunu qeyd edib: "Mən qətnamə müzakirə edilməmişdən əvvəl ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət etdim. Mənfi mövqeyimi bildirdim və qeyd etdim ki, bu, Azərbaycanı dəstəkləyən, təktərəfli qətnamədir. Həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini dedilər”.
Adam Şiff bu kimi səylər nəticəsində qətnamənin keçmədiyini qeyd edib. "Orada su ilə bağlı digər bir qətnamə də var idi. O, keçdi. Amma düşünürəm ki, ən destruktiv olanı keçmədi”, - deyə o bildirib.
Qeyd edək ki, Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.
Yanvarın 26-da həmçinin Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edilib.
AŞPA-da müzakirə olunan "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş ətraf rayonlarında zorakılıq hallarının artması” adlı qətnamə öncəsi ATƏT-in Minsk qrupu həmsədrləri etiraz bəyanatı ilə çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat