Anasının qabırğasından qulaq tikdilər - Fotolar

11 dəfə əməliyyat olunub, xeyri olmamışdı
Qaziantepdə məhəlləsində yaşayan İsmət və Ayşe Gül cütlüyünün 3 uşaqlarından ən böyüyü olan Ümid Gül, hər iki qulağı olmadan dünyaya gəlib.
Sherg.az xəbər verir ki, qulaqları olmadığı üçün dostları olmayan və nişanlısı tərəfindən tərk edilən Ümid, estetik həkimlərinə müraciət etdi. Həkimlər, qulaq üçün Ümidin qığırdaq toxumasından ibarət olan qabırğa sümüklərindən istifadə edib. Gül, kiçik yaşlarından etibarən 11 dəfə əməliyyat olunub və qulaq üçün qabırğa sümükləri alınıb.
 Əməliyyatların pis keçməsi səbəbindən gəncə düzəldilən qulaqlar uyğunsuz olub və yeni qulaq düzəltmək üçün istifadə edilməli qabırğa sümüyü də qalmayıb. Uğursuz əməliyyatlardan sonra Gül ailəsi, professor doktor Mehmet Mutafa müraciət edərək yardım istəyib. Ümid Gülün anası Ayşe Gül oğluna yeni qulaq tikilməsi üçün ondan qığırdaq toxuma alacaqlarını deyib. Bunun üzərində iş aparan professor doktor Mehmet Mutaf, əvvəl anadan aldığı qabırğa sümüklərini Ümid Gülün sinə dərisinin altına yerləşdirərək bədənin qığırdaq toxumaya verəcəyi reaksiyanı 1 il izləyib. Nəticələrin yaxşı çıxmasından sonra Qaziantep Universiteti tibb fakültəsində əməliyyata alınan Ümid Gülə qarın boşluğunda duran və anasına aid qabırğa sümüklərindən düzəldilən qulaqlar keçirilib. Uğurlu keçən əməliyyatla Ümid qısa müddətdə sağlamlığına qovuşub. Qulaqlarına qovuşduğu üçün xoşbəxt olduğunu ifadə edən Ümid Gül yaşadığı sıxıntılardan xilas olduğunu ifadə edərək, "Əvvəllər çox əməliyyat oldum, amma hər dəfə uğursuz oldu. Mehmet doktor sağ olsun araşdırmadan sonra məni əməliyyat etdi. Mənim qabırğa sümüyüm qalmadığı üçün anam mənə toxuma verib. İndi qulaqlarım var. Saçımı uzatmaq məcburiyyətində deyiləm. Müəllimimə və anama çox təşəkkür edirəm” - deyə bildirib.
 
Aysel