İsrail Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “i24News” məlumat yayıb.
Telekanalın mənbələrinin məlumatına görə, Netanyahu hökumətə Ərdoğana qarşı Türkiyədəki kürdlərlə bağlı fəaliyyəti və Ankaranın radikal Fələstin hərəkatı HƏMAS-ı maliyyələşdirdiyi barədə irəli sürülən iddialarla əlaqədar ittihamlar toplamaq tapşırığı verib.
“i24News” bildirir ki, bu göstəriş Ərdoğanın İnterpoldan Netanyahu barəsində həbs qərarı tələb etmək niyyətində olduğunu açıqlamasından sonra verilib.
Telekanalın məlumatına görə, İsrail BCM-ə öz adından müraciət edə və ya başqa ölkənin vasitəçiliyindən istifadə edə bilər. Bununla belə, nə İsrail, nə də Türkiyə Roma Statutunun tərəfidir və BCM-in yurisdiksiyasını tanımır.