Anbar suları çəkildi, köhnə kənd yenidən ortaya çıxdı

Çanaqqalanın Biga qəsəbəsinə aid Eşelek kəndi, 1990-cı ildə Bakacaq anbarının daşması ilə sular altında qalmışdı. Biga qəsəbəsinin 25 kilometr uzaqlığında yerləşən Eşelek kəndi, 1990-cı ildə Bakacaq anbarının suları altında qalmışdı. Kənd sakinlərindən bir qisimi Biga qəsəbəsində qalmağı seçib, bir hissəsi də dövlət tərəfindən, Çanaqqalanın Gökçeada qəsəbəsinə, eyni adla qurulan ‘Eşelek' kəndinə yerləşdirilmişdi. Kəndlilər, yanlarında xatirə olaraq kənd məscidinin minarəsini götürüblər.
 Aradan keçən 26 ildən sonra Bakacaq anbarında suların çəkilməsi köhnə kəndi də ortaya çıxardı. 26 ildir sualtında qalan 900 illik keçmişə sahib kənd qəbiristanlığı, evlər və minarəsi olmayan məscid, yenidən gün üzünə çıxdı. İllərə baxmayaraq kənddəki binaların, məzar daşları və digər strukturların zərər görməmiş olması diqqət çəkir.