Canlı bombaçının partlamış bədənin bir parcası ətrafdakı bir binanın damına qədər sıçrayıb
Ankaradakı Barış mitinqini qana boyayan iki canlı bombanın ''10. ayın 10. günü saat 10.00'' şifrəsi ilə hərəkət etdikləri ortaya çıxdı.
İddiaya görə, hərəkət planı; "10. 10.2015 saat 10.00" olaraq təyin olundu və bomba 4 dəqiqə gecikmə ilə partladıldı.
İstintaqı aparan Ankara Prokurorluğu və təhlükəsizlik orqanları, bombaçılarla əlaqədar yeni tapıntılara xarıb. Prokurorluğun, hücumu xüsusilə IŞİD və PKK tərəfindən reallaşdırdığından şübhələndiyi ifadə olunarkən, daha əvvəl Türkiyədən IŞİD-ə qatıldığı təsbit edilən kəslərin 21 yaxınından DNT nümunələri alındı. Bu nümunələr, cəsədlərdən alınan DNT nümunələriylə müqayisə ediləcək.
DAMDA CƏSƏD PARÇASI
Ankara Ədli Tibb Təşkilatında araşdırmağa alınan və iki təcavüzkara aid olduğu bilinən cəsədlərdən birinin yalnız bədəninin aşağısı, digərinin isə sinəsinin yarısı və yuxarısı tapıldı və araşdırmalar bu parçalar üzərində aparılmağa başladı. Partlayış nəticəsində təcavüzkarların bədənlərinin böyük hissəsinin yox olması şəxsiyyəti müəyyən etməyi çətinləşdirdiyindən, DNT testi edilir. Bu məqsədlə əvvəl IŞİD-ə qatıldığı təsbit edilən kəslərin yaxınlarından ibarət 21 adamdan DNT nümunələri alındı.
Prokurorluq və təhlükəsizlik orqanları, canlı bombaçıların hadisə yerinə ayrı-ayrı gəldikdən sonra, bir-birinin ardınca bombaları partlatdıqları və partlayışın təsiri ilə, bombaçılardan birinin bədən parçalarının ətrafdakı bir binanın damına qədər sıçradığı müəyyən olundu.
ALAGÖZ ŞÜBHƏSİ
Polis, hadisə yerini görən bütün kameralardan alınan görüntüləri də araşdırmağa başlayıb. Bu görüntülər, üz-üz tanımaq sistemi yoluyla araşdırılır. Polisin terroru xüsusilə IŞİD və PKK tərəfindən törədildiyi ehtimalı üzərində dayandığı ifadə edilir. Hesabatlarda hadisənin Suruç qətliyamını törədən Şeyx Əbdürrəhman Alagözün itkin düşmüş böyük qardaşı Yunus Əmrə Alagöz tərəfindən edilə biləcəyi ifadə olunur. Bu səbəblə əldəki cəsəd parçaları ilə Alagöz ailəsi arasında da DNT testi ediləcək.(Milliyet.com)
BOMBA YÜKLÜ AVTOMOBİL AXTARILIR
Digər yandan, hadisə ilə əlaqədar ortaya daha bir iddia atılıb. İddiaya görə, terrordan 3 gün əvvəl kəşfiyyata bir xəbər daxil olub. Bu xəbərdə, iki canlı bomba ilə bir bomba yüklü avtomobilin Ankarada hərəkət hazırlığında olduğu ifadə olunub. Kəşfiyyat orqanları, xəbəri polisə çatdırıb, ancaq konkret irəliləyiş əldə edilə bilməyib. Barış mitinqində iki canlı bombanın özünü partlatmasından sonra polis Ankara içində bomba yüklü maşını axtarışa başlayıb.