
Ankaranın İrəvana xəbərdarlığı...
08:12 07.05.2019
Arxiv
605
"Türkiyəyə çörək pulu dalınca gedən on minlərlə erməni miqrant deportasiya edilsə, bu, Paşinyan iqtidarına qarşı necə böyük problemlər yarada bilər"
Erməni ekspert Ruben Melkonyan on minlərlə erməninin yaxın zamanlarda Türkiyədən deportasiya ediləcəyini iddia edib. Ekspert vurğulayıb ki, Türkiyədə son vaxtlar millətçilik təzahürləri müntəzəm hal almağa başlayıb. Melkonyanın iddiasına görə, birinci dəfə belə məsələ keçmiş baş nazir Tansu Çillərin vaxtında qaldırılıb. Çillər erməniləri ölkədən qovmaqla hədələyib. Ardınca digər hökumət başçıları, o cümlədən, indiki Prezident Rəcəb Tayyip Ərdoğan da oxşar bəyanatlar səsləndirib. Analitikin fikrincə, ermənilərin Türkiyədən deportasiya edilməsi üçün zəmin var. O, buna misal kimi Türkiyənin daxili problemlərini, Azərbaycanla dost-qardaş münasibətləri və Ermənistana qarşı düşmən münasibətinin artmasını göstərib.
İddianı "Şərq”ə dəyərləndirən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli professor Hasan Oktay deyib ki, Türkiyədə yaşayan ermənilərin sayı haqqında dəqiq olmayan məlumatlar var. Ölkədə 60-100 min arası erməninin olduğu söylənilir:
"Türkiyədə yaşayan ermənilərin çoxu qeyri-rəsmi fəaliyyət göstərirlər və qeydiyyatları yoxdur. Xaricdən Türkiyəyə gəlmək istəyənlərin sayı çox olduğu üçün bu işə məsul olan xüsusi Köç İdarələri fəaliyyət göstərir. Türkiyəyə gələn xarici vətəndaşlar həmin idarələr vasitəsi ilə bir il yaşamaq hüququ alırlar. Yəni ölkəyə kim gəlirsə-gəlsin, bu hüquqla Türkiyədə yaşaya, işləyə bilir. Bu şəkildə Türkiyəyə gələn ermənilər də hüquqi status əldə edirlər. Lakin istənilən dövlətin, o cümlədən də Türkiyənin xaricdən ölkəsinə gəlmiş miqrantları deportasiya etmək hüququ var. Ruben Melkonyan Türkiyəni yaxından izləyən şəxsdir, mən də onu yaxşı tanıyıram”.
Professorun fikrincə, Türkiyə ilə bağlı illərdir 60 min və ya 100 min erməninin deportasiya ediləcəyi söz-söhbəti dolaşmaqdadır:
"Melkonyan mediada müzakirə olunan bu məsələlərin təsiri altında qalaraq Ankaranın guya ermənilərə qarşı siyasət yeritdiyi görüntüsünü yaratmağa çalışır. Azərbaycan tərəfi bu cür xəbərləri maraqla izləyir. Ancaq məsələ ondadır ki, Türkiyədə yaşayan ermənilər üzərində apardığımız araşdırmalarda ermənilərin bir çoxunun türklərə qarşı mənfi düşüncəsinin dəyişdiyi sezilməkdədir. Yəni Türkiyəni görən ermənilərin mövqeyində ciddi dəyişiklik müşahidə olunur. Bu reallıqları bilən Melkonyan ermənilərin Türkiyədən deportasiya ediləcəyi məsələsini başqa məqamlarla gündəmə gətirir. Prosesi ideoloji müstəviyə daşımağa çalışır. O istəyir ki, Türkiyə Azərbaycanı bəhanə edərək erməniləri deportasiya etsin. Bununla da Ermənistandakı və dünyadakı Türkiyə əleyhinə olan güclər daha aktivləşsinlər”.
Politoloq Əhəd Məmmədli də "Şərq”ə bildirib ki, Türkiyədə ümumiyyətlə miqrantlara qarşı təzyiqlər artırılıb. Hökumət bunu İŞİD və FETO təhlükəsindən qorunmaq üçün əsaslandırır:

"Ermənilərə gəldikdə isə bu, Ankaranın İrəvanın yeni hökumətinə qarşı təzyiqi də ola bilər. Təsəvvür edin, Türkiyəyə çörək pulu dalınca gedən on minlərlə erməni miqrant deportasiya edilsə, bu, Paşinyan iqtidarına qarşı necə böyük problemlər yarada bilər. Ankara bununla İrəvana Qarabağ, qondarma erməni soyqırımı və s. məsələlərdə bir daha düşünmək xəbərdarlığını edir. Türkiyənin Ermənistana bu cür təzyiqləri normal haldır və məqsədəuyğundur. Ermənistana tez-tez reallığı göstərmək lazımdır. 10 minlərlə erməni Türkiyədə pul qazanır və bu ciddi rıçaqdan Ankaranın İrəvana qarşı istifadə etməsi indiki məqamda lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət