"Aqua Park"da baş verən faciənin TƏFƏRRÜATI - YENİLƏNİB
15:09 05.07.2018
Arxiv
756
Novxanıda yerləşən "Aqua-Park”da baş verən ölüm hadisəsinin bəzi təfərrüatları ortaya çıxıb.
Lent.az-a açıqlama verən əyləncə mərkəzinin meneceri Sevinc Rəşidova bildirib ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları var və məsələni araşdırırlar:
"Bizi yaxına buraxmırlar. Ona görə ölən şəxsin kimliyi bilmirəm. Mərhumu morqa aparıblar. Bildiyimiz odur ki, Azərbaycan vətəndaşıdır. Bizə belə bir məlumat daxil olub ki, həmin şəxsin hər hansısa bir xəstələliyi, konkret olaraq qıc olması olub”.
Menecer onu da qeyd edib ki, istirahətə gələn şəxslərin toqquşmasından söhbət gedə bilməz: "Toqquşma halı ola bilməz. Bizdə hər yerdə- yuxarıda və aşağıda nəzarət var. Hazırda nəzarətçilər hüquq-mühafizə orqanı nümayəndələri tərəfindən dindirilirlər”.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə isə, əyləncə mərkəzində istirahət edən 1983-cü il təvəllüdlü Zamiq Nağıyev attraksiondan yıxılaraq ölüb.
17:26
***
Novxanıda yerləşən "Aqua Park” əyləncə mərkəzində ölüm hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, əyləncə mərkəzində olan attraksionda insanlar arasında toqquşma baş verib və bir nəfər həyatını itirib.
Əyləncə mərkəzinin meneceri Sevinc xanım (soyadı dəqiqləşdirilməyib) faktı təsdiqləyib. O bildirib ki, hazırda həmin yerə gedir: "Mənə məlumat veriblər. Lakin həyatını itirən vətəndaşın şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Hadisənin necə baş verdiyindən xəbərsizəm”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə bildirib ki, bu barədə mətbuat xidmətində məlumat yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat