“Aquapark”ın rəhbərliyi məsuliyyət daşıyır
13:23 07.07.2018
Arxiv
770
Bu cür atraksion əyləncə mərkəzlərinə nəzarət olduqca vacibdir
Novxanıda yerləşən "Aquapark” əyləncə mərkəzində bədbəxt hadisə yaşanıb. Parkdakı atraksionda insanlar arasında toqquşma baş verib və 1983-cü il təvəllüdlü Zamiq Nağıyev dünyasını dəyişib.
Hadisə ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Əyləncə mərkəzinin meneceri Sevinc Rəşidova bildirib ki, istirahətə gələn şəxslərin toqquşmasından söhbət gedə bilməz:
"Toqquşma halı ola bilməz. Bizdə hər yerdə - yuxarıda və aşağıda nəzarət var. Hazırda nəzarətçilər hüquq-mühafizə orqanı nümayəndələri tərəfindən dindirilirlər”.
Hadisə zamanı vəfat edən Zamiq Nağıyevin qardaşı Nicat Nağıyevin sözlərinə görə, polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə təhlükəsizlik kameralarından hadisə anının görüntülərini izləyiblər:
"Zamiq saat 13:36-da "Aquaparka” gəlib, hadisə isə 15:07-də baş verib. Atraksionun yuxarısında da, aşağısında da nəzarətçi yoxdur. Videodan görünür ki, Zamiq atraksionun aşağısında çimir, bu zaman atraksionun göy rəngli hissəsinin yuxarısından hələ ki şəxsiyyəti bəlli olmayan bir nəfər sürüşüb Zamiqin başından bütün çəkisi ilə zərbə vurur. Dərhal da kənara çəkilib gözləyir, 15:08-də Zamiqin hərəkətsiz olduğunu görən və yaxınlıqdakı masada yemək yeyən 17 yaşlı bir oğlan paltarlı formada suya tullanıb Zamiqi çıxardır. Ətrafdakı digər qonaqlar da ona kömək edirlər, əgər orada nəzarətçi olsaydı, Zamiqi onlar çıxarardılar. Zamiqi vuran şəxs isə kənarda dayanıb baxır və köməklik etmir. 15:16-da Zamiqi tibb məntəqəsinə aparıblar. "Aquapark”ın rəhbərliyi bildirdi ki, insanlar nəzarətçinin sözünə baxmır deyə daha nəzarətçi işlətmirlər”.
N.Nağıyev bildirib ki, qardaşı Z.Nağıyevə qarşı oğurluq hadisəsi də baş verib: "Onun pul qabısı hadisə yerindən kənarda tapılıb, kimsə onun pulunu götürüb boş pul qabını tullayıb. Zamiqin heç bir xəstəliyi, qıcolması yoxdur. Meyiti morqdan aparanda gördük ki, boynunun arxasında və çiyninin yuxarı hissəsində göyərmə var, boynunun arxa sağ hissəsi şişib”.
Qeyd edək ki, Z.Nağıyev evli olub, 5 yaşlı oğlu, 1 yaşlı qızı var. O, turizmlə məşğul olub və insanları turistik yerlərə aparmaqda xidmət göstərib. Həmin gün də qonaqlarını ora apardığı ehtimal edilir.
Hadisə ilə bağlı "Şərq”ə danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, bu cür atraksion əyləncə mərkəzlərinə nəzarət olduqca vacibdir. Liqa sədrinin sözlərinə görə, əyləncə mərkəzində nələrinsə qadağan edilməsinə dair müvafiq göstərişlər və təlimatlar qeyd edilməlidir:
"Bildiyimə görə, hadisə bir şəxsin digərinin üzərinə yıxılması zamanı baş verib.
İstənilən halda bu fakt üzrə cinayət işi başlanmalıdır, ehtiyatsızlıq olduğu üçün insan həyatına son qoyulub və əməli törədən şəxs də məsuliyyət daşımalıdır. Təbii ki, belə əyləncə mərkəzlərində təhlükəsizliklə bağlı tədbirlər görülməlidir. Əgər belə tədbir görülməyibsə, baş verən hadisədə "Aquapark”ın rəhbərliyi də məsuliyyət daşıyır. Məsələn, həmin ərazidə elə hadisə baş verə bilər ki, burada "Aquapark” və ya digər obyekt sahibinin günahı olmaz. Buna görə də ciddi araşdırma lazımdır. Tutaq ki, hündürlük olan yerdən enmə var. Bu zaman müvafiq təlimatlar olmalıdır, yüksəklikdən aşağı enərkən nələrə diqqət etmək lazımdır ki, bədbəxt hadisələr baş verməsin. Əhalini bu cür hallarda maarifləndirmək mütləqdir. Belə mərkəzlərdə əlavə təhlükəsizlik tədbirləri görülməli, insanlar təlimatlandırılmalı və şəkilli əyani vəsaitlər asılmalıdır. Lakin mən heç yerdə təlimatlandırıcı lövhələr və ya şəkilli izahlar görməmişəm”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat