"ASAN Xidmət"ə yeni mətbuat katibi təyin olundu
07:36 03.07.2018
Arxiv
415
Lider televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunub. Lent.az-ın Eurasia Diary-yə istinadən xəbərinə görə, Elnur Niftəliyev məlumatı təsdiqləyib.
Qeyd edək ki, qurumun bundan əvvəlki mətbuat katibi Anar Hüseynov olub.
Xatırladaq ki, Elnur Niftəliyev 1983-cü ildə Bakı şəhərində anadan olub, azərbaycanlıdır. 2004-cü ildə Elm Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2006- cı ildə isə Bakı Dövlət Universitenin jurnalistika fakültəsinin magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006-2009-cu illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspirantı olub. 2000-cil ildən etibarən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında jurnalist kimi fəaliyyət göstərib. 2004-2006-cı illərdə «Azad Azərbaycan» Teleradio şirkətində "Son Xəbər” proqramında müxbir vəzifəsində çalışıb. 2006-cı ildən «Lider» TV və Radio Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətində müxbir, aparıcı, prodüser vəzifələrində çalışıb. 2013-cü ildən həmən televiziyada Xəbərlər Departamentində redaksiya rəhbəri vəzifəsində çalışıb. Ümummilli lider Heydər Əlievin 90 illik yubileyi ilə baglı çəkilişləri dünyanın 10-a yaxın ölkəsində aparılmış "Ümumbəşər”, ulu öndər Heydər Əliyevin həyatındakı Klivlend səhifəsindən bəhs edən "Unudulmaz", İlk Avropa Oyunlarına həsr edilmiş "Olimpə doğru” filmlərinin və yüzlərlə telereportajın müəllifidir. Müəllifi olduğu "Unudulmaz” adlı sənədli ekran əsərinin Azərbaycanla yanaşı, ABŞ, Türkiyə, Özbəkistanda dövlət səviyyəsində təqdimat mərasimləri keçirilib. "Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü və inkişafı (1900-1920-ci illər)” adlı kitabın müəllifidir. Kitabın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirləri çərçivəsində öncə Bakı Dövlət Universitetində, sonra Ankarada Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – Türksoyun baş ofisində təqdimat mərasimləri gerçəkləşib. Filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.
Elnur Niftəliyev 2006, 2007, 2008-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya sahəsində «Ən yaxşı telereportaj» müsabiqəsinin qalibi olub, 2010-cu ildə Kütləvi Informasiya Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqədə 1-ci yerə layiq görülüb. 2009-cu ildə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının «İlin ən məhsuldar jurnalisti» mükafatını alıb, Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi müsabiqədə «2008-2009-cu illərdə tədris uğurlarına, aktiv ictimai fəaliyyətinə və vətəndaşlıq mövqeyinə» görə fəxri fərmanla təltif olunub. Bundan başqa onlarla diplom və fəxri fərmana layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat