Aslanlar qorxularından ağaca dırmaşdılar

Avstraliyalı fotoqraf Bobby-Jo Clov tərəfindən Tanzaniyada çəkilən bu görüntülər görənləri çaşdırdı.
Vəhşi təbiətin cəsur heyvanlarını ağacın təpəsinə çıxaran şey isə çox maraqlıdır. Böcəklərdən təngə gələn aslanlar çarəni ağacın təpəsinə çıxmaqda tapınca ortaya bu maraqlı görüntülər çıxıb. Günlərinin böyük bir qisimini burada keçirən aslanlar sakit rəftarlarıyla səfərə çıxan turistləri də təəccübləndirib.