Astanada Xəzərin statusu çözülməyəcək
08:05 10.07.2018
Arxiv
475
“Prosesdə müəyyən irəliləyiş var, lakin beş ölkənin ortaq məxrəcə gəlməsi bir qədər zaman alacaq”
Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran arasında mübahisə predmeti olan Xəzər dənizinin hüquqi statusu yaxın tarixdə baş tutacaq Astana görüşündə müəyyənləşə bilər. Bu barədə Rusiya prezidentinin Xəzər dənizi ölkələri ilə əməkdaşlıq məsələsi üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.
O xatırladıb ki, Xəzərin hüquqi statusu ilə bağlı mübahisənin müzakirəsi və həlli cəhdləri 25 ildən çoxdur davam edir: "Diplomatlarımızın fikrincə, beş ölkə razılığa gəlməyə hazırdır. Böyük ehtimalla, bu il Astana sammitində Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalamaq mümkün olacaq”. Abdulatipovun fikrincə, bu sənəd olmadan aktiv iqtisadi əməkdaşlıqdan danışmaq çətindir: "Prosesin ləngiməsi ekoloji problemin dərinləşməsinə gətirib çıxaracaq. İfrata varmadan demək istəyirəm ki, Xəzər bir neçə istiqamət üzrə fəlakətin astanasındadır. Xəzərin mühafizəsi ilə bağlı imzalanan Tehran konvensiyası o qədər də effektiv işləmir”.
Rusiyalı nümayəndənin ümidverici açıqlaması ilə bağlı "Şərq”ə danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Rusiya tərəfi Xəzərin statusu ilə bağlı konvensiyanı nəzərdən keçirib və imzalayıb. Ekspertin sözlərinə görə, konvensiya Xəzər dənizinin üzərinin və dibinin bölünməsini nəzərdə tutur:
"Daxili dəniz hesab edilən böyük göllərdə xüsusi bölgülər tətbiq olunur. Bu praktika "orta xətt” adlanır. Yəni hər sahil ölkəsinin sərhədləri ilə əvvəlcədən müəyyən edilən "orta xətt” arasında əlaqə qurulur və milli sərhədlər müəyyən edilir. Xəzər dənizində əvvəl belə bir bölgü olub və hər ölkənin dənizdəki payı müəyyənləşib. Lakin şifahi anlaşma hüquqi sənədə çevrilməyib. SSRİ zamanı Xəzərə tam nəzarət edən Moskva hökuməti İranla bir neçə müqavilə imzalayaraq, İranın dənizdəki payını minimuma endirib. Eyni zamanda İran Xəzər dənizində hərbi-donanma saxlamaq hüququndan məhrum edilib. Sovetlər dağılandan sonra Xəzərətrafı beş dövlət status məsələsini beynəlxalq hüququn normalarına uyğun yenidən həll etmək qərarına gəliblər.
Lakin indiyə qədər yekun sənəd imzalamaq mümkün olmayıb. Rusiyanın hazırladığı və imzaladığı konvensiya da son sənəd sayıla bilməz. Rusiya üçün ən vacib məsələ Xəzərin dibinin deyil, su hissəsinin bölünməsi və hərbi statusun müəyyən edilməsidir”.
Analitik bildirib ki, Azərbaycan, Qazaxıstan və Rusiyanın Xəzərin bölünməsi haqqında ortaq razılaşmaları var. Bu razılaşma 2001-ci ildə imzalanıb:
"Türkmənistan və İranla bağlı ciddi narazılıqlar mövcuddur. Aşqabadın mövqeyində bir qədər yumşalma müşahidə olunur. Türkmənistan "orta xətt” məsələsinə konkret rədd cavabı vermir. Hazırda danışıqlar prosesinə ən ciddi əngəl yaradan ölkə İrandır.
Vaxtı ilə SSRİ-nin qorxusundan Xəzərin cənub hissəsinə turist qayığı belə çıxarmağa cəhd etməyən İran indi dənizin beş bərabər hissəyə bölünməsini tələb edir. Tehran "orta xətt” prinsipinə razı olmur. Çünki Xəzərlə ən çox sərhədi olan ölkə Qazaxıstan olduğu üçün ən çox hissə Qazaxıstana düşəcək”.
Politoloq bəyan edib ki, payızda keçiriləcək Astana görüşündə Xəzərin statusunun müəyyən edilməsi nəzərdə tutulur. Ancaq reallıq anlaşmanın olacağını söyləməyə imkan vermir:
"Prosesdə müəyyən irəliləyiş var, lakin beş ölkənin ortaq məxrəcə gəlməsi bir qədər zaman alacaq. Xəzərin karbohidrogen ehtiyatlarından ən çox istifadə edən ölkələr Qazaxıstan və Azərbaycandır. Bu baxımdan dənizin statusunun müəyyənləşməsi olduqca vacibdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya