At yıxılır, sahibi təpikləyir

Hadisə sosial şəbəkədə rezonansa səbəb olub
Ədirnədə bir nəfər yıxılan atını təpikləyərək qaldırmağa çalışır.
Kağız yığan bir nəfərin faytona qoşduğu atı yorğunluqdan yerə yıxılıb. O isə atı təpikləyərək qaldırmağa cəhd edir. Sahibinin atın başına təpik və odunla vuraraq onu qaldırmağa çalışdığını görən bir tələbə şahidi olduğu hadisəni mobil telefon vasitəsilə qeydə alıb. Görüntü sosial şəbəkədə kəskin reaksiyalar doğurub.
Ədirnə Təbiət və Heyvanların Qorunması Birliyinin sədri Nurhan Kalerdan videonu izlədikdən sonra döyülən atın sahibindən şikayət edib. Polis hadisə yerinə gedənə qədər at sahibinin atı qaldıraraq qaçdığını deyən Birlik sədri Meşə və Su İşləri İdarəsinə də müraciət etdiklərini vurğulayıb: "Qanuna uyğun olaraq, heyvana işgəncə verən adama 560 lirə inzibati pul cəzası kəsilir. Ancaq biz heyvanlara işgəncə edənlərin cəzalarının artırılmasını istəyirik. Bu arada ata işgəncə verən adamın adının Fərdi olduğunu bilirik”.