Ata yaş yarımlıq oğlunu öldürdü: Oğulumu kimsəyə əmanət edə bilməzdim

Eskişehirdə 47 yaşlı ehtiyatda olan  təqaüdçü zabit Ramazan Yılmaz, 1,5 yaşlı oğulu Həsən Polatcan Yılmazı öldürdükdən sonra intihar edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mamuca yolu üzərində olan bir mərmər fabriki yaxınlığındakı boş əraziyə avtomobili ilə gələn Ramazan Yılmaz hələ məlum olmayan bir səbəbdən ötəri oğulu Həsən Polatcan Yılmazı iki dəfə atəş açaraq öldürüb. İkinci evliliyi olduğu öyrənilən Yılmazın, oğulunu öldürdükdən sonra ilk həyat yoldaşını axtararaq "Oğulumu öldürdüm. Mən də intihar edəcəyəm" deyərək telefonunu bağladığı iddiası irəli sürüldü. Keçmiş həyat yoldaşının intihar edəcəyindən şübhələnən qadın vəziyyəti 155 polis xəbər xəttinə və oğuluna bildirdi. Atasının intihar edəcəyini öyrənən oğulu, ifadə edilən ünvana getdiyi zaman atasının və qardaşının cansız bədənlərinin yan-yana olduğunu görüb. Xəbər üzərinə hadisə yerinə gələn polis qruplar, ağrılı hadisəyə şahid oldu.
"Oğulumu kimsəyə əmanət edə bilməzdim"
Ata Yılmazın intihar etməzdən əvvəl iki kiçik kağıza qeyd yazdığı öyrənildi. Ata qeydin birində ‘Məni oğulum ilə birlikdə kəndimdə yan-yana basdırın. Başqa yerə basdırmayın' . Digər qeyddə isə ‘Oğulumu kimsəyə əmanət edə bilməzdim" yazdığı iddia edildi.
İlk həyat yoldaşından olan oğulu yaxınlarına hücum etdi
Atasının və qardaşının öldüyünə şahid olan oğulu, hadisə yerinə gələn yaxınlarına daşla hücum etdi. Sinir böhranı keçirən oğulunu 112 Təcili Xidmət qrupları xəstəxanaya çatdırıb.