Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı ilə bağlı hazırlıq işləri davam etdirilir.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O vurğulayıb ki, partiyanın keçirəcəyi bu tədbir növbədənkənar deyil, ənənəvi olaraq 5 ildən bir təşkil edilən növbəti qurultaydır:
"Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, ötən 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi mühüm məsələlər müzakirə olunacaq. Eyni zamanda Nizamnamədən irəli gələn məsələlərə baxılacaq".
Xatırladaq ki, YAP-ın VIII qurultayı oktyabrın 2-də baş tutacaq.