Atasının qucağından yerə düşdü

Ata da özünü itirərək arxasınca atılıb
Samsunda 24 yaşlı Ünal D., 15 aylıq qızı Yağış D.ı qucağına alıb ikinci mərtəbənin pəncərəsində əzizləyərkən əlindən salır. Ata da özünü itirərək qızının arxasınca atılır.  İddiaya görə, Ünal D., xəstələnən 15 aylıq qızı Yağış D.ı Samsun Qadın Doğum və Uşaq Xəstəlikləri xəstəxanasına aparır. Həkimlər tərəfindən müayinə edilən və ishal diaqnozu qoyulan körpə, şöbədə yatırılır. Uşağının xəstəxanada qaldığını öyrənən ata Ünal D. də ikinci mərtəbədə yatan qızının yanına gəlir. Daha sonra ata uşağını qucağına alıb əzizləyir və pəncərəyə yaxınlaşır. Bu vaxt uşağını ikinci mərtəbədən yerə salır. Ata da qızının arxasından təxminən 3 metr yüksəklikdən özünü atır. Xəstəxananın təcili xidmətinə çatdırılan Yağış D. burada ilk müdaxilənin ardından Samsun təhsil və Araşdırma xəstəxanasına köçürülür. Ata yara almadan xilas olur. Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.