Atatürk hava limanında təyyarələr toqquşdu - Video





Türkiyənin Atatürk hava limanında "Airbus 721” tipli təyyarənin quyruğuna Cənubi Koreyanın "Air Asiana” şirkətinə məxsus təyyarənin qanadı çırpılıb.

 
"Sherg.az"ın "Qafqazinfo”ya istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 18:00-da baş verib.

 
Qeyd olunur ki, Türkiyəyə məxsus təyyarənin göyərtəsində 236 sərnişin olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki təyyarəyə ziyan dəyib.