Aviabiletlərin ucuzlaşmasını Bakıda təmin etmək lazımdır
20:51 22.02.2016
Arxiv
812
“Bölgələrdə infrastrukturun yaradılması müsbət amildir. Amma Azərbaycan əhalisinin təqribən 60 faizi paytaxt Bakıda məskunlaşıb”
Gələn aydan etibarən Türkiyənin aşağı büdcəli aviaşirkəti - "Pegasus” Azərbaycandan uçuşlara başlayacaq. Bu barədə mətbuata turizm şirkətlərindən bildirilib. Məlumata görə, ilk reys martın 19-da Qəbələ Beynəlxalq Aeroportundan İstanbulun Sabiha Gökçen hava limanına gerçəkləşəcək.
Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri olmaqla Qəbələdən, həftənin çərşənbə axşamı, cümə və bazar günləri İstanbuldan həyata keçiriləcək. Aviabiletlərin qiyməti bir istiqamət üzrə bütün vergi və yığımlar daxil olmaqla 48 avrodur. Aviareysin açılması ilə Azərbaycandan gedən turistlərin başqa şəhərlərə də münasib qiymətə uçması mümkün olacaq. Əlbəttə, əksər ekspertlər məlum təşəbbüsü təqdir edir və bunun aviaşirkətlər arasında rəqabət mühiti yaradacağını iddia edir. Hətta bildirirlər ki, aşağı qiymətə xidmət göstərən alternativ aviaşirkətlərin bazara daxil olması digər şirkətləri qiymət endiriminə vadar edəcək.
Məsələni dəyərləndirən sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov isə "Şərq”ə açıqlamasında söyləyib ki, bir şirkətin hər hansı uçuş təşkil etməsi ümumilikdə hava nəqliyyatında olan inhisarçılığı və qiyməti optimallaşdıra bilməz: "Ümumiyyətlə, Azərbaycanda qiymətlərin baha olmasının başlıca səbəbi inhisarçılıqdı. İnhisarçılıq qiymətlərin optimallaşmasına şərait yaratmır. Doğrudur, bölgələrdə infrastrukturun yaradılması müsbət amildir. Ancaq heç kəsə sirr deyil ki, Azərbaycan əhalisinin təqribən 60 faizi paytaxt Bakıda və Bakı ətrafında məskunlaşıb. Onlar da Heydər Əliyev adına aeroportdan istifadə edirlər. Belə xoş niyyət varsa, birinci bunu paytaxta tətbiq etmək lazım idi. Azərbaycanda ümumi inhisarçılıq ləğv olunmalıdır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region