"Avqustun 15-dən sonra qarpızın qiyməti 10 faizə yaxın azalacaq" - Açıqlama
12:21 31.07.2018
Arxiv
1209
Yay mövsümünün yekunlaşmasına az qalıb. Amma bazarlarda qarpızların qiyməti "əl yandırır". Bir müddət əvvəl qalxan qiymətlər yenə də dəyişməz olaraq davam edir. Vətəndaşlar qiymətlərin baha olmasından narazıdır.
Məsələ ilə bağlı "Sherg.az”a münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qiymətlərin bir müddət bu trenddə davam edəcəyini bildirib.
Ekspertin sözlərinə görə, həqiqətən də əvvəlki illərlə müqayisədə bu il qarpızın qiyməti kəskin şəkildə artıb:
"Rayonlardan olan mütəxəsislərlə birlikdə bu qiymət artımını müzakirə edirik. Hazırda Qubada qarpızın qiyməti 80 qəpiyə qalxıb. Amma bu qiymət artımının bir müddət davam edəcəyi gözlənilir. Ehtiyatda olan qarpızlar tükənməkdədir. Həmçinin bostan qarpızları da yavaş-yavaş satış üçün bazara cəlb olunur. Bostanlarımızdan yığılan qarpızlar bazarda üstünlük təşkil etdikdən sonra qiymətlər enəcək. Təxminən Avqust ayının 15-dən sonra qarpızların qiyməti 10 faizə yaxın azalacaq. Həmçinin yemişin də qiymətində müəyyən ucuzlaşmalar olacaq”.
E.Hüseynov onu da əlavə edib ki, qarpızın kehfiyyətində də müəyyən problemlər yaşanır:
"Azad İstehlakçılar Birliyinin özündə olan cihazla giləmeyvələrin üzərində yoxlamalar aparılıb. Ölkə bazarında olan qarpız və yemişlərin 98 faizi nitratlarla zəngindir. Və bunlar da insanların sağlamlığı üçün təhlükəlidir. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll etməlidir. Beləliklə də bazara keyfiyyətli və ucuz qarpızlar çıxarılmalıdır”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya