"Avropa Ermənistandakı Yegiazaryan olayına susur - İKİLİ STANDARTLAR
16:15 31.01.2019
Arxiv
596
"Ermənistanda siyasi məhbusun aclıqdan ölməsi məsələsinə insan haqlarından danışan Avropa təşkilatlarının və ölkələrinin heç birinin münasibət bildirməməsi təəccüblü deyil”.
Bunu "Sherg.az”a "Erməni Qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan aclıqdan ölməsi məsələsinə münasibət bildirərkən millət vəkili Rüfət Quliyev söyləyib.
Onun sözlərinə görə, nə Avropa təşkilatları, nə də Avropa dövlətləri separatçı ölkədə baş verən bu olaya münasibət bildirir:
"Yəni elə bir münasibət göstərildir ki, sanki belə bir hadisə olmayıb. Avropa Ermənistandakı Yegiazaryan olayına susur. Amma Azərbaycanda guya baş verən kiçik olaylar insan hüquq və azadlıqlarını qoruyan təşkilatlar və dövlətlər tərəfindən çox böyüdülüb, fərqli tərəflərə çəkilir. Fikrimcə, biz buna öyrəşmiş dövlətik. Hazırda Azərbaycana qarşı ikili standartlar var. Bütün bunlarında arxasında erməni lobbisi durur.
Eyni zamanda da Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq arenada nüfuzunun artması, bununla yanaşı ölkəmizdəki sabitlik bəzi ölkələri narahat edir. Ermənistanda baş verən məsələ fonunda onu anlamaq olar ki, ortada ikili standarlar var.
Həmin ikili standarlar da demək olar ki, bütün sahələrdə tətbiq olunur. Erməni siyasi məhbusun aclıqdan ölməsinə Avropa təşkilatlarının və ölkələrinin heç bir reaksiya verməməsinə elə də təəccüblənmədim. Çünki bu kimi arzuolunmaz hallarla çox rastlaşmışıq".
Qeyd edək ki, "Erməni Qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan aclıqdan ölüb. 1968-ci il təvəllüdlü məhbus cəza çəkdiyi "Nubarasen" həbsxanasında dünyasını dəyişib. Məlumata görə, Yegiazaryan ötən ilin 5 dekabr tarixində aclıq aksiyasına başlamışdı. Onun aclıqdan öldüyü bildirilir. Ermənistanın Ədliyyə Nazirliyi isə Yegiazaryanın ölüm səbəbini gizlədərək, faktla bağlı araşdırma aparıldığını bəyan edib.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı