Avropa İttifaqı Türkiyəyə 5,6 milyard avro ayırıb - SƏBƏB
16:00 09.09.2019
Arxiv
519
Avropa İttifaqı (Aİ) miqrant böhranını həll etmək üçün nəzərdə tutulan 6 milyard avronun 5,6 milyardını artıq Türkiyəyə təqdim edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib. O əlavə edib ki, qalan məbləğ bu yaxınlarda Ankaraya veriləcək.
Avropa Komissiyasının nümayəndəsi növbəti dəfə bəyan edib ki, Brüssel 2016-cı ilin martında keçirilən sammitdə imzalanmış Aİ-Türkiyə razılaşmasının şərtlərinə sadiqdir. O deyib: "Biz sazişin həyata keçirilməsinə sadiqik və türkiyəli tərəfdaşlarımızdan da bunu gözləyirik".
Xatırladaq ki, 2016-cı ilin 17-18 martında keçirlən sammitdə Brüssel və Ankara miqrasiya axınının qarşısının alınması tədbirlərini müəyyənləşdiriblər. Aİ bu sammitdə Türkiyəyə 6 milyard avro vəsait ayrılması, bu ölkə ilə vizasız rejimin tədbiqi və gələcəkdə Türkiyənin Aİ-nin üzvlüyünə qəbul olunması prosesini sürətləndirməyi öz öhdəsinə götürüb. Bundan başqa, Aİ Türkiyə Miqrasiya Xidmətinin yoxladığı və bütün sənədlərinin qaydasında olduğu qaçqınların qəbul edilməsini də həyata keçirməlidir. Lakin həmin vaxtdan Brüssel pul köçürülməsi istisna olmaqla qalan şərtlərin heç birinə əməl etməyib. Bu səbəbdən Ankara sazişdən imtina edəcəyini bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region