"SSR-nin çöküşündən sonra bir çox siyasi analitiklər,filosoflar dünyanın artıq tam sürətlə qloballaşıb bir şəhər halına gələcəyi fikrini irəli sürürdülər. Köhnə qitə dövlətləri öz aralarındakı sərhədləri aradan qaldıraraq bu fikri qismən gerçəkləşdirmiş oldular.”
"Sherg.az” xəbər verir ki, bunu Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Orxan Kərimov bildirib.
Ekspert qeyd edib ki, Avropa qitəsi artıq orada yerləşən ölkələrin sakinləri üçün bir qitə olmaqdan çıxaraq şəhər halına gəlmişdir:
"Son zamanlar Avropada artan radikal sağçılıq əslində Avropa insanlarının beyinlərində sərhədlərin hələ də qaldığının göstəricisdir. Köhnə qitənin sakinlərinin bu birlik sayəsində olduqca xoşbəxt yaşam sürmələrinə baxmayaraq, radikal sağ yönümlü fikirlər artmaqda davam edir .Doğrudur, köhnə qitənin sakinləri arasında keçirilmiş sorğular hər nə qədər ürəkaçan olsa da, reallıqda baş verənlər arasında paradoks təşkil edir.
Belə ki paradoksun bir üzünə baxdıqda Avropa barometrində paylaşılan hesabatlarda Almanların 100-də 81- i Avropa İttifaqının müvcudluğunu dəstəkləyir. Əhalinin 100-də 76-si isə Avropa İttifaqının ölkənin xeyrinə olduğunu düşünür. Ümumilikdə, Avropada keçirilən sorğularda isə insanlariı 100-də 68-i bu ittifaqın ölkələrinin xeyrinə olduğunu düşünürlər. Bu göstərici son 25 ilin ən yüksək göstəricisi olaraq qəbul edilir. Yuxarıda qeyd edilən bu göstəricilər paradoksun bir üzüdür,paradoksun digər üzünə baxdiqda isə bəzi Avropa dövlətlərində sağ partiyalarin seçkilərdə yüksək faizlərlə səs topladığının şahidi oluruq. Macarıstanda sağ populistçi çıxışları ilə tanınan Viktor Orbanin rəhbərlik etditiyi Gənc Demokratlar partiyası son seçkilərdə səslərin 100-də 48.8-ni qazanmış oldu. Digər yandan isə radikal sağci, daha yaxşı Macarıstan hərəkatının lideri olan Jobbik isə seçimlərdə səslərin 100-də 20-sini qazandı.
Polşada isə son seçkilərdə sağ populistçi Ədalət Partiyası səslərin yüzdə 37.5-ni qazanmışdı. Avstiryada isə hökümətdəki koalisiyada yer alan Avstriya Azadlıq Partiyasi səslərin 100-də 26-sını qazanmışdı. Yunanıstanda sağ populistçi olan Azad Yunanlar 100-də 35-lik göstərici ilə seçkilərdən qalib ayrilmışdı. Digər Avropa dövlətlərində radikal sağçılar; Finlandiyada Finnlər 100-də18, İsveçdə radikal sağçi partiya olan Demokratiya partiyasi 100-də 17.6, Danimarkada isə radikal sağci olan Danimarka Xalq partiyası seçkilərdə səslərin 100-də 26-sını qazanıb. Bütün bu səs faizləri bu ölkələrdə keçirilən son seçkilərdən götürülüb”.
Ekspert diqqətə çatdırıb ki, Avropada yaranan bu paradoksda radikal sağçılar qalib ayrılarsa, Avropa içindən çıxılması mümkünsüz olan böyük xaosa girmiş olar:
"Doğrudur, dünya artıq tək qütblü olmaqdan çıxmış vəziyyətdədir. Güclənən Çin, öz qədim imperial dəyərlərini qaytarmağa çalışan Böyük Britaniya, əsrlərdən bəri gələn Ağ ayı kimliyini qaytarmağa çalışan Rusiya. Əlbəttə bütün bunlar Avropa xalqlarını düşündürməyə bilməz, onlar da artıq dəyişən dünya nizamında öz kimliklərini ortaya qoymağa çalışırlar. Avropa xalqları artıq dilemma qarşısında qalmış vəziyyətdədir. Bunu bacaracaqları hər nə qədər real görsənməsə də, radikal sağa meyillənərək ayrılıqda güclü olma yolunda irəliliyəcəklər ,yada bu xalqlar birlikdə bir vücud olaraq öz xoşbəxt yaşamlarını davam etdtirəcəklər”.
Sonda ekspert BMT-nin dünya xoşbəxtlik hesabatını oxucuları ilə bölüşüb:
"Bu hesabatda Avropadan 7 dövlət ardıcıl olaraq ilk 7 sıranı tutub. Birinci Finlandiya, Norveç ikinci, Danimarka üçüncü, İslandiya dördüncü, İsveçrə beşinci, Hollandiya altıncı, İsveç isə yeddinci sıradadır. Avropa xalqları üçün xoşbəxtliyinmi yoxsa güclü olmağınmı daha önəmli olduğunu yaxın gələcəkdə görəcəyik