Avstraliyada üç gözlü ilan tapıldı





Avstraliyanın şimalındakı Darvin şəhəri yaxınlığında üç gözlü, 40 sm uzunluğunda ilan tapılıb.
"Monty Python" adı verilən üç gözlü ilanın şəkilləri qısa müddətdə minlərlə bəyənmə qazanıb. Rentgen müayinəsi zamanı ilanın tək kəlləsində olan üç  gözünün də aktiv olduğu təsbit edilib. Mart ayında görünən və qidalanmada çətinlik çəkən 3 aylıq ilanın tapılandan  bir müddət sonra öldüyü açıqlanıb. Rels Chatto, "İlanın  bu qədər uzun müddət həyatda qalması olduqca diqqət çəkir. Tapıldığı zaman qidalanmaqda çətinlik çəkirdi, keçən həftə öldü" deyib.