Avtobusda qızlar ayağa durmur, çünki oğlanlar ƏDƏBSİZLİK edir

Aydın Xan Əbilov: " Həmin əxlaqsız hərəkəti edən kişi kənarda qalır,hamı o gənc xanımı qınayır"
Müxtəlif ölkələrdən bizə həyat tərzi və yaşam çərçivəsi ilə bağlı yeni dünya görüş və fəlsəfə gəlməyə başlayıb. 
Bunu Sherg.az-a yazıçı, kulturoloq Aydın Xan Əbilov bildirib.
Onun sözlərinə görə, biz azərbaycanlılar da açıq millət olduğumuz üçün gələn bütün texnologiyaları mənimsəməyi xoşlayırıq:
 "Ölkəmizdə ictimai nəqliyyatda, çöldə- bacada , ictimai yerlərdə uşaqlı və hamilə qadınlara, qocalara yer vermək yazılmamamış qanundur. Əvvəllər hər kəs buna əməl edirdi. Amma son zamanlar Azərbaycan insanı öz mental dəyərlərinə arxa çevilib, Qərbdən gələn müxtəlif dəyələri qəbul etməyə başlayıb. Tutaq ki, Fransada hansısa bir yaşlı qadına ictimai nəqliyyatda yer versəydik o adam bizi məhkəmə verərdi. Deyərdi ki, mənim yaşlı, xəstə və gücsüz olmağımı üzə vurub, cəmiyyətə göstərirsən. Eyni zamanda Qərb ölkələrində marşurutda 20 oturacaq yeri varsa, ona 20 nəfərdən artıq adam minmir. 21-ci adam növbəti avtobusu gözləyir. Bizdə isə bu hal fərqlidir. Nə ictimai nəqliyyat normal işləyir, nə də insanlar növbəti avtobusu gözləyir. Bununla yanaşı bizim gənclər Fransa və yaxud Avropanın digər ölkələrindən gələn dəyərləri götürüb Azərbaycana tətbiq etmək istəyirlər. Onlar düşünürlər ki, mən də 20 qəpik verirəm, yaşlı adam da və mən ona niyə yer verməliyəm ? Ancaq bəzən gənc xanımları qınaya bilmirik. Bir çox "kişilər" var ki, özlərini normal apara bilmirlər, marşurutda ayaq üstə olan xanımlara qarşı qeyri- əxlaqi hərəkətlər edirlər. Bu səbəbdən xanımlar oturduqları yerdən qalxmaq istəmir. Hər kəsin əlində telefonlar və kameralar var. İnsanlar belə halları çəkəndən sonra həmin əxlaqsız hərəkəti edən kişi kənarda qalır . Hamı o gənc xanımı qınayır. Bu mənada xanımları anlamaq olar. Amma sözsüz ki, sivil bir dəyərimiz var. Marşuruta yaşlı adam, hamilə və uşaqlı qadın minərsə, ayağa qalxıb ona yer vermək lazımdır".
Qeyd edək ki, son zamanlar ictimai nəqliyyatda gənc xanımların hamilə və uşaqlı qadınlara , hətta ağbirçək qadınlara, ağsaqqal kişilərə yer verməməsi sanki ənənə halını alıb.
Ayyət Əhməd