Avtobusun vurduğu qadın öldü - Qaçan sürücü saxlanılıb - YENİLƏNİB
13:51 14.09.2017
Arxiv
414
Bakının Yasamal rayonunda marşrut avtobusunun vurduğu qadın dünyasını dəyişib.
"Sherg.az"ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Əsgərova Günel Adəm qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə nəticəsində qadının qucağında olan 1 yaşlı uşaq isə yüngül xəsarət alıb. Avtobusun sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.
39 saylı marşrut avtobusunun sahibkarı Araz Mirzəyev bildirib ki, hadisəni törədən sürücü Saatov Hakim Aslan oğlu saxlanılıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə cinayət işi başlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu ərazisində, "İnşaatçılar" metro stansiyasının qarşısında 39 saylı xətt marşrutu üzrə hərəkət edən 99 XV 274 dövlət nömrə nişanlı "DAEWO" markalı avtobus dayanacağa çırpılıb. Həmin vaxt dayanacaqda olan qadın və 1 yaşlı uşaq xəsarət alıb.
09:05
Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent,az-ınTrend-ə istinadən verdiyi məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.
39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.
Sürücünün hadisə yerindən qaçdığı bildirilir.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.
Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual