"Avtomobil sahibi sonradan başa düşür ki, 2-3 min manat aldadılıb" - Maşın bazarı dəllallar "at oynadır"

"Əhalinin alıcılıq qabiliyyəti artdığı üçün maşın bazarında avtomobillərin sayı çoxalıb”
Bunu "Sherg.az”a maşın bazarındakı son vəziyyətlə bağlı danışarkən "Avtosfer.az"saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Onun sözləreinə görə, əvvəlki illərə nisbətən ölkəyə gətirilən maşınların sayında kifayət qədər artım hiss olunur:
"Gətirilən avomobillərin əksəriyyəti "ikinci əl”dir. Əhalidə alıcılıq qabiliyyəti olduğu üçün avtomobillərin də sayında artım olur. Buna baxmayaraq yenə də avtomobil bazarında dəllalar geniş meydan əldə edirlər. Onlar qiymətlərə əsaslı şəkildə təsir edirlər. 
Bəzən qiymətləri qaldırırlar, bəzən də azaldırlar. Belə məsələlər olmasa, bazara sırf öz maşınını satmağa gələnlər çətinlik çəkməz. Həmçinin maşın almaq istəyənlər onu həqiqi satan şəxsdən ala bilmir. Bazarda satılan 10 avtomobildən 8-i dəllalların əlindən keçir. Onlar bazarı tam olaraq ələ keçiriblər. Beləliklə də bazara istədikləri kimi nəzarət edirlər. Bazara avtomobil satan gələn kimi artıq bunlar onu alırlar. Satmağa gələn adam heç bilmir ki, bu hardan gəldi, hara getdi. Avtomobil sahibi sonradan başa düşür ki, onları 2000-3000 manat həcmində aldadıblar. 
Özü birbaşa alıcıya sata bilsəydi, daha yaxşı qiymətə satardı. Amma satıcı bazara daxil olmamış yoldaca avtomobilin qiymətini öldürüb, alırlar. Ona görə də, alıcılar deyir qiymət bahadır, satıcılarda deyir qiymət aşağıdır, alver getmir. Bunun səbəbi yalnız bazarda fəaliyyət göstərən dəllallardır. Amma satıcılar bazara daxil olduqda gərək bir neçə gün gözləsin ki, alıcı tapıb maşını satsın. Çoxusu bu qədər vaxt gözləyə bilmir deyə dəllallarla iş görməyi üstün tutur. Hazırda bazarda Çin avtomobillərinin bir neçə modelləri üstünlük təşkil edir. 
Bu cür avtomabillərə tələbat da var. Qiymətləri nisbətən normaldır deyə şübhə ilə yanaşsalar da, sonda alırlar. Başqa avtomobillərə də tələbat artıb. Bu kondisionerli avtomobillərə daha çox tələbat var. Hazırda yay mövsümü olduğu üçün insanlar bu cür avtomobillərə üstünlük verirlər. Belə getsə, yaxın aylarda dirçəlmə hiss edə bilərik”.
Kənan Eynuroğlu