Avtomobili elektrik dirəyinə çırpan sürücü öldü


Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, martın 1-də saat 19 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Daşqın Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili elektrik dirəyinə vurub və nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.