Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb





Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini T.Əhmədovun "AzSamand” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 
DİN-in mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, əvvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini olan Rüfət Nağıyevin digər cinayət əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb.

 Onun şəhər ərazisində daha 3 avtomobildən mobil telefon və ehtiyat hissələri, habelə 3 nəfərə məxsus velosipedi oğurlaması da müəyyən edilib.