AZAL məlumat yaydı - ABŞ məhdudiyyət qoyub
11:55 04.07.2018
Arxiv
541
Nəqliyyatda Təhlükəsizlik İdarəsinin (TSA) sərəncamına əsasən Amerika Birləşmiş Ştatlarına və Amerika Birləşmiş Ştatlarından bütün uçuşlarda sərnişinlərin əl yükündə 350 millilitrdən çox tozvari maddələrin daşınmasına qadağa qoyulur.
"Azərbaycan Hava Yolları” QSC-dən Modern.az-a bildirilib ki, belə maddələrə un, şəkər, qəhvə, ədviyyatlar, quru süd və digər bənzər məhsullar da daxildir.
Uçuş zamanı bu cür maddələr sərnişinə lazım olmayacağı təqdirdə onlar qeydiyyatdan keçən baqaja təhvil verilməlidir. 350 millilitrdən çox həcmli dərmanlar (tozlar) və uşaq qidası hava gəmisinin salonunda yalnız bağlı şəkildə daşına bilər.
Hava limanlarının rüsumsuz zonalarında (Duty Free) alınan məhsullar bağlı şəkildə və alışı təsdiq edən qəbzin mövcud olması şərtilə daşınmaya qəbul edilir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-Nyu-York-Bakı istiqaməti üzrə müntəzəm birbaşa reyslər həyata keçirilir. AZAL J2-101/J2-102 reysi həftədə iki dəfə – bazar ertəsi və şənbə günləri "Boeing 787 Dreamliner” hava gəmisi ilə həyata keçirilir.
Qadağa edilmiş maddələrin əl yükündə daşınması məsələsinə Bakı və Nyu-York hava limanlarında aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən ciddi nəzarət ediləcək. "Azərbaycan Hava Yolları” aviaşirkəti sərnişinlərdən baqajın daşınmasına dair yeni qaydaları nəzərə almağı xahiş edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat