"Bu qurum dövlətin tabeçiliyində olan təsərrüfat subyekti olsa da, günün ən isti saatlarında, açıq havada işçilərin fəaliyyətində fasilələri təmin etməyib. Anomal isti havanın müşahidə olunduğu günlərdə ən çox qanun pozan müəssisə məhz "Azəravtoyol” ASC-dir. Ümid edirəm ki, baş nazirin sərəncamı bu tipli qurumların açıq havada işləyən fəhlələr üçün fasilələri təmin etməsinə imkan yaradacaq”.
" “Azəravtoyol” ASC açıq hava şəraitində işlərin davam etdirilməsinə görə, "rekord"a imza atıb"
15:05 04.07.2018
Arxiv
664
"Əmək Məcəlləsinin 233-cü maddəsində qeyd olunan şərtləri pozan sahibkarlar baş nazirin imzaladığı sərəncamı da pozmuş olacaq”.
Bunu "Sherg.az”a bəzi tikinti obyektlərində, açıq hava şəraitində iş prosesinin davam etdirilməsinə münasibət bildirərkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.
O qeyd edib ki, xüsusilə, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti açıq hava şəraitində işlərin davam etdirilməsinə görə, "rekord"a imza atıb:
"Bu qurum dövlətin tabeçiliyində olan təsərrüfat subyekti olsa da, günün ən isti saatlarında, açıq havada işçilərin fəaliyyətində fasilələri təmin etməyib. Anomal isti havanın müşahidə olunduğu günlərdə ən çox qanun pozan müəssisə məhz "Azəravtoyol” ASC-dir. Ümid edirəm ki, baş nazirin sərəncamı bu tipli qurumların açıq havada işləyən fəhlələr üçün fasilələri təmin etməsinə imkan yaradacaq”.Bu sahəyə nəzarət mexanizminə gəlincə, S.Məmmədovun sözlərinə görə, yoxlamaları Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirməlidir:
"Həmin qurumun isə hazırda yoxlama aparmaq səlahiyyəti yoxdur. Çünki ölkə başçısının imzaladığı fərmanla sahibkarlıq subyektlərinin yoxlanmasına məhdudiyyət qoyulub. Amma şikayət daxil olarsa, qarşısının alınması mümkündür”.
Qeyd edək ki, baş nazir Novruz Məmmədovun imzaladığı sərəncama əsasən, iyulun 4-də, 5-də, 6-da və 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərlərinə tapşırılıb ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət olunmasını tələb etsinlər.
Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinə əsasən, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat