Azərbaycan almalarına görə 2 məmur həbs olundu - Ermənistanda




Azərbaycan almalarına görə Ermənistanda iki məmur həbs olunub.

Sherg.az Milli.Az -a istinadən xəbər verir ki, Dövlət Gəlirləri Komitəsinin məmurları rüşvət qarşılığında Azərbaycan almalarının qaçaqmal yoluyla ölkəyə girişinə icazə verməkdə ittiham olunurlar.

Həmin məmurların qanunsuz hərəkətlərinin ölkəyə ümumilikdə 8 milyon dram (təxminən 17 min dollar-red.) zərər vurduğu qeyd olunur.