"Azərbaycan bu nüfuzu apardığı uğurlu xarici siyasət nəticəsində qazanıb" - Millət vəkili
09:30 10.07.2018
Arxiv
1130
"Beynəlxalq təşkilatların, müstəqil beynəlxalq ekspert mərkəzlərinin rəyinə görə, Azərbaycan tək regionda deyil, dünyada nüfuzlu olan ölkələrdən biridir”.
Bunu "Sherg.az”a Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq nüfuzu haqqında fikirlərinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib.
O diqqətə çatdırıb ki, Azərbaycanın yüksək nüfuzu həm siyasi, həm iqtisadi, həm də diplomatik uğurları kimi qiymətləndirilir:
"Bu nüfuzu Azərbaycan kiminsə dəstəyi ilə yox, özünün apardığı uğurlu xarici siyasət nəticəsində qazana bilib. Azərbaycan bu gün hansısa ölkənin forpostu deyil. Baxmayaraq ki, miqyasca kiçik ölkəyik, torpaqlarımızın 20 faizi işğal altındadır, bəzi xarici dairələr təbii sərvətlərimizi öz maraqlarına uyğun nəzarət altına almağa çalışırlar. Ulu Öndər Heydər Əliyevin, hazırkı Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarına xidmət edən siyasəti nəticəsində ölkəmiz xarici və daxili müstəvidə qüdrətləndi. Bu gün yürüdülən siyasət də xalqımızın maraqlarına, regionda stabilliyin bərqərar olunmasına xidmət göstərir. Azərbaycanın siyasəti kiçik bir dövlətin öz imkanlarına söykənərək, necə böyük nailiyyətlər ortaya qoyduğunu göz önünə sərir”.
Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin iki gün əvvəl Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlər həm ötən dövrün yekunlarını, həm də qarşıdakı müddətdə Azərbaycanın önündə duran perspektivlərini ifadə edir:
"İlk növbədə, ölkə daxilində olan stabilliyin qorunması, inkişafın təmin edilməsi, hər hansı gözlənilməz hadisənin baş verməsindən qorunmaq məsələləri gündəmdədir. Beynəlxalq aləmdə isə Azərbaycan ancaq onun maraqlarına xidmət edən, dünya hüquq normalarını pozmayan, diplomatik uğura aparan siyasət yürüdür. Bu siyasət Azərbaycanın ərazi bütövlüyü məsələsində mövqeyini gücləndirir.
Bu gün torpaqları işğal olunan Azərbaycan, işğalçı Ermənistandan qat-qat irəlidədir. Ermənistanda vaxtaşırı baş verən qarşıdurmalar bir daha göstərir ki, heç vaxt hansısa dövlət digər dövlətin hesabına, onun hüquqlarını pozmaqla uğur qazana bilməz. Cənab prezidentin Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız torpaqlarımızın işğaldan azad edilməsində görməsi bizim xarici siyasətimizin əsasını təşkil edir”.
Qeyd edək ki, iclasda çıxış edən ölkə başçısı beynəlxalq birliyin Azərbaycanda gedən demokratik prosesləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Prezident onu da qeyd edib ki, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik ölkədir:
"Azərbaycan Avropa üçün də strateji əhəmiyyət daşıyan dövlətdir. Həmçinin, ABŞ Prezidentinin məktubları Amerika hökumətinin Azərbaycana olan hörmətini göstərir. Azərbaycan bütün ölkələrlə və güc mərkəzləri ilə səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol