Azərbaycan Çexiyada keçirilən 15-ci “RefuFest” mədəniyyətlərarası festivalda təmsil olunub
19:42 01.07.2021
Arxiv
457
Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən 15-ci “RefuFest” mədəniyyətlərarası festivalda Azərbaycan da təmsil olunub.
APA-nın məlumatına görə, Praqada yerləşən Beynəlxalq Təbiət Dostları təşkilatında könüllü kimi fəaliyyət göstərən Xədicə Əliyevanın təşəbbüsü, Azərbaycanın Çexiyadakı Səfirliyinin maddi dəstəyi və bu ölkədəki Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ olunub.
Festivalda Azərbaycan guşəsini ziyarət edən ölkəmizin Çex Respublikasındakı səfiri Adış Məmmədov bu kimi festivalların xalqların mədəniyyətinin təbliği baxımından əhəmiyyətindən danışıb. O, bir çox ölkələrin də iştirak etdiyi festivalda Azərbaycan guşəsinin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib. Səfir gənclərin ölkənin təbliği istiqamətində fəal iştirakını yüksək qiymətləndirib və onlara təşəkkürünu bildirib.
Guşədə nümayiş olunan ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilis və çex dillərində olan nəşrlər və suvenirlər ziyarətçilərin böyük marağına səbəb olub.
Azərbaycanlı xanımların hazırladıqları milli mətbəx nümunələrindən paxlava, şəkərbura, dolma, dovğa, Qarabağ kətəsinin və Azərbaycan şərablarının dadına baxan qonaqlar məmnunluq hisslərini ifadə ediblər.
Festivalda azərbaycanlı gənclər “Sarı gəlin” xalq mahnısını da ifa ediblər.
Milli geyimdə olan azərbaycanlı gənclər guşəyə yaxınlaşan qonaqlara Azərbaycan mədəniyyəti və milli mətbəx nümunələri haqqında ingilis, rus və çex dillərində ətraflı məlumat veriblər.
Festivalda Azərbaycan guşəsi diqqətçəkən və maraqlı guşələrdən biri kimi yadda qalıb.
Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Belarus, Kurasao, Çeçenistan, Ekvador, Qvatemala, İtaliya, Kolumbiya, Qırğızıstan, Meksika, Almaniya, Pakistan, Fələstin, Slovakiya, Suriya, Ermənistan, Tatarıstan, Ukrayna və Vyetnam xalqlarının mətbəx nümunələri nümayiş olunub, müxtəlif seminarlarda ölkələrin mədəniyyətləri və adət-ənənələri geniş təbliğ olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş mühəndis institutun rəhbəri oldu
17:47 06.06.2026
Cəmiyyət
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
17:34 06.06.2026
Hadisə
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
17:30 06.06.2026
Ekologiya
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
17:07 06.06.2026
Elm və Təhsil
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
16:32 06.06.2026
Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
16:23 06.06.2026
Dünya
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
14:25 06.06.2026
Ekologiya
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
14:19 06.06.2026
Hadisə
İtkin düşən yeddi nəfər tapıldı
13:40 06.06.2026
Hadisə
Sabaha yağışlı hava gözlənilir
13:10 06.06.2026
Ekologiya
Tramp Boltonu “müharibə tərəfdarı” adlandırıb
12:51 06.06.2026
Dünya
Livanın briqada generalı öldürüldü
12:44 06.06.2026
Gündəm
Yer kürəsində G2 səviyyəli maqnit qasırğası başa çatıb
12:30 06.06.2026
Ekologiya
Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO
12:17 06.06.2026
Elm və Təhsil
3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi
12:09 06.06.2026
Hadisə