Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur
16:23 19.06.2019
Arxiv
755
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinə baxılıb.
Trend-in məlumatına görə, gündəlikdəki məsələni təqdim edən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov öncə deputatlara bu qurumun yaranma tarixi barədə məlumat verib.
Z.Əsgərov bildirib ki, ötən əsrin 20-ci illərində, I Dünya müharibəsindən sonra təsis olunan bu qurum müxtəlif ölkələrin hərbi tibb xidmətləri arasında əməkdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyıb.
Həm müharibə şəraitində, həm də sülh dövründə əməkdaşlıq vasitəsilə ölkələrin qarşılıqlı olaraq bir-birinin təcrübəsindən bəhrələnməsi vacib bilinib. 1920-ci ildə ABŞ Tibb Xidməti Zabitlər Assosiasiyasının toplantısında bu məsələnin nizamlanması təklif edilib. Belçika hökuməti konsepsiyanın praktiki inkişafını dəstəkləyib və 1921-ci ildə Brüsseldə 1-ci Beynəlxalq Hərbi Tibb və Əczaçılıq Konqreslərinin Daimi Komitəsinin əsası qoyulub.
Fəaliyyətə başladığı gündən etibarən Daimi Komitə "missiyası sülh və ya münaqişə zamanı Silahlı Qüvvələrin xəstə və yaralı heyətinin qayğısına qalmaq, onların vəziyyətini yaxşılaşdırmaq və ağrılarını azaltmaq yollarını araşdırmaqdan ibarət olan dünya üzrə şəxslər arasında davamlı peşəkar əməkdaşlıq əlaqələrini qoruyub saxlamaq və gücləndirmək” məramı ilə çalışıb. Bütün bunlar müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyasının prinsiplərinə və ruhuna da uyğundur.
İclasda 32 maddədən ibarət olan "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”ni ətraflı şərh edən Z.Əsgərov vurğulayıb ki, sənəd Azərbaycanın maraqlarına tam uyğundur.
Komitə baxılan qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə millisi yenə məğlub oldu
00:59 03.10.2026
Futbol
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol