Azərbaycan humanitar əməkdaşlıq üçün çox önəmli mərkəzdir" - Deputat





"VI Bakı Beynəlxalq Humanitar Formunda çıxışı zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər yerində olan və çox doğru düşüncələr idi".

Bunu "Sherg.az”a millət vəkili Rasim Musabəyov bildirib.

Onun qənaətincə, sözügedən forum göstərir ki, Azərbaycan humanitar əməkdaşlıq üçün çox önəmli mərkəzdir: 

"Azərbaycan Heydər Əliyev Fondu vasitəsi ilə bir çox ölkələrdə beynəlxalq layihələr həyata keçirib. İnkişaf etmiş ölkələrin əsas şəhərləri olan Roma, Paris, Berlin və başqa şəhərlərdə önəmli tədbirlərin əsas təşkilatçısı olub. Azərbaycanda dinlərarası dialoqla bağlı dəfələrlə tədbirlər təşkil olunub. Mənə elə gəlir ki, bütün bu nümunələr cənab prezidentimizin çıxışını kifayət qədər əsaslandırır”.

Qeyd edək ki, ötən gün paytaxt Bakıda baş tutan VI Bakı Beynəlxalq Humanitar Forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib

Kənan Eynuroğlu