Azərbaycan İran vətəndaşları üçün vizanı ləğv etməyəcək
22:30 21.02.2016
Arxiv
876
Lakin müzakirələrdə viza rejiminin sadələşdirilməsi haqqında razılığa gəlinib
Azərbaycan və İran arasında sabah 10 əməkdaşlıq sazişinin tam razılaşdırılması gözlənilir. Bunu APA-ya açıqlamasında İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi deyib.
M. Vaezi bildirib ki, bu sənədlər iki ölkənin müştərək komissiyasının birgə fəaliyyəti nəticəsində imzalanmağa hazırlanıb.
O deyib ki, Azərbaycan İran vətəndaşları üçün vizanı ləğv etməyəcək, lakin müzakirələrdə viza rejiminin sadələşdirilməsi haqqında razılığa gəlinib və bu, icra olunacaq. "Prezident İlham Əliyevin İrana səfəri zamanı razılaşdırılmış bütün sənədlər imzalanacaq. Bu sənədlərin imzalanması əlaqələrin inkişafına təkan verəcək”
Nazir deyib ki, hər iki ölkənin insanları qarşılıqlı səfərlər etməkdə maraqlıdır. "Ötən 20 il ərzində İran və Azərbaycanın arasında əlaqələr indiki səviyyədə olmayıb və bu sevindirici haldır. Ötən iki il ərzində iki ölkənin rəsmiləri arasında 55 görüş keçirilib.”
M.Vaezi deyib ki, prezidentlər iki ölkənin əlaqələrinin inkişafında diqqət olunacaq rola malik olub və onun bu rolu əlaqələrin inkişafında çox təsiredici olub.
O deyib ki, hökumətlərarası komissiya iki ölkənin əlaqələrinin inkişafı üçün təşkil olunub və komissiyanın təşkili əlaqələrin inkişafına təkan verib.
"Komissiyada yük daşımaları, energetika, səhiyyə, qadın məsələləri üzrə komitələr təşkil edib və bu komitələrdəki müzakirələrdə yaxşı nəticələr əldə olunub” deyə M. Vaezi bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region