‘‘Atıq yerli istehsalımız olan ‘Xəzər' avtomobilləri daxili bazara uğurla çıxmağa başlayıb. Ümid edirdik ki, bu maşınlar 'NAZ-Lifan' kimi kölgədə qalmayacaq. Bu avtomobillərin istehsala bir neçə ay bundan öncə başlamasına baxmayaraq biz onu Rusiyada sərgidə gördük. Şimal qonşumuzda 'Xəzər' avtomobillərinə böyük maraq var. Düşünürəm ki, gələcəkdə Azərbaycan maşın idxalçısından ixracatçısına çevriləcək. Amma bunun üçün mütəxəssislərin fikirindən istifadə edərək keyfiyyətli məhsul istehsal edilməlidir. Elə ölkəmizdə də avtomobil alıcıları keyfiyyətli mallar gəzirlər ki, gələcəkdə az qala hər gün ustalara baş çəkməsin. Məncə, Azərbaycan daxili avtomobil tələbatını öz istehsalı ilə ödəyə bilər.
"Azərbaycan maşın idxalçısından ixracatçısına çevriləcək" - AÇIQLAMA
09:53 19.09.2018
Arxiv
790
Azərbaycanda minik avtomobili istehsalı 10 dəfə artıb. Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 311 minik avtomobili istehsal olunub. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 dəfə artıb. Sentyabrın 1-nə 131 ədəd hazır məhsul ehtiyatı yaranıb. Traktor istehsalıda illik 3,8% artaraq bu ilin ilk səkkiz ayı ərzində 977 ədədə çatıb.
Məsələni dəyərləndirən nəqliyyat eksperti, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı "Sherg.az”a açıqlamasında artımı "Xəzər” avtomobillərinin istehsalı ilə əlaqələndirib:
‘‘Atıq yerli istehsalımız olan ‘Xəzər' avtomobilləri daxili bazara uğurla çıxmağa başlayıb. Ümid edirdik ki, bu maşınlar 'NAZ-Lifan' kimi kölgədə qalmayacaq. Bu avtomobillərin istehsala bir neçə ay bundan öncə başlamasına baxmayaraq biz onu Rusiyada sərgidə gördük. Şimal qonşumuzda 'Xəzər' avtomobillərinə böyük maraq var. Düşünürəm ki, gələcəkdə Azərbaycan maşın idxalçısından ixracatçısına çevriləcək. Amma bunun üçün mütəxəssislərin fikirindən istifadə edərək keyfiyyətli məhsul istehsal edilməlidir. Elə ölkəmizdə də avtomobil alıcıları keyfiyyətli mallar gəzirlər ki, gələcəkdə az qala hər gün ustalara baş çəkməsin. Məncə, Azərbaycan daxili avtomobil tələbatını öz istehsalı ilə ödəyə bilər.Azərbaycanda minik maşınları istehsalının bir sıra müsbət cəhətləri var. Çünki öz ölkəmizdə emal olunan avtomobillər alıcılara daha ucuz qiymətə təklif olunurlar. Ona görə ki, gömrük xərcləri olmur. Həmçinin 'Xəzər' avtomobilləri taksi xidməti üçün əvəzolunmaz seçimdir.
Bununla yanaşı ölkədə maşın istehsal edilirsə, orada kompleks iş rejimi həyata keçirilməlidir. H əmin avtomobilin hər hansısa bir detalı sıradan çıxırsa, onu asanlıqla Azərbaycanın bütün regionlarından tapa mümkün olur. Məsələn, 'Toyota'nın hər hansısa bir ehtiyat hissəsi xarab olanda onu ölkənin bütün yerlərində əldə etmək mümkündür. 'Xəzər’ avtomobillərində də belə olmalıdır. Sürücülər yolda bu kimi məsələlərlə bağlı arxayın olmaq istəyir. "Xəzər” avtomobilləri bu məqamlara əməl edərək bazarı ələ ala bilər”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət