“Azərbaycan MDB məkanında maaş artımına görə 2-ci yeri tutacaq” - Möhtəşəm göstərici





"Prezidentin sərəncamına əsasən minimum əməkhaqqı 180 manatdan 250 manata qaldırıldı”.

Bunu "Sherg.az”a açıqlamasında gənc politoloq Kənan Paşayev deyib.

Ekspert bildirib ki, minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncam 2019-cu ildə artıq ikinci dəfədir imzalanır:

"Bu, Azərbaycanın iqtisadi tarixində rekord göstəricidir. Əlavə imzalanan sərəncama əsasən dövlət büdcəsindən maliyyələşən bir çox qurum işçilərinin, hərbi qulluqçuların və müəllimlərin də maaşları artırıldı.

Sentyabrın 1-dən etibarən qüvvəyə minəcək artımdan sonra Azərbaycan MDB məkanında maaş artımına görə 2-ci yeri tutacaq. Bu da möhtəşəm göstəricidir”.

Siyasi şərhçinin sözlərinə görə, əmək haqlarının əhəmiyyətli artımı sayəsində əhalinin alıcılıq qabiliyyəti artacaq:

"Bununla yanaşı, iqtisadi aktivliyin də artacağı gözləniləndir. Maaş artımı ölkə əhalisinin 1 milyondan artıq hissəsini təşkil edəcək. Əsasən də güc strukturlarını əhatə edəcək bu artım korrupsiya kimi mənfi halların da azalmasına təsir edəcək”.

İsmayıl