Azərbaycan nefti hansı həddə qədər bahalaşa bilər ? - Məntiqi cavab
11:39 15.09.2017
Arxiv
784
İlham Şaban: "Meksika körfəzində neft hasilatı sahələrdə tüğyan edən qasırğalar, Venesuelada ictimai-siyasi vəziyyətin kəskinləşməsi və Şimali Koreya ətrafında yaranan hərbi proseslər neftin bahalaşmasına təkan verdi”
"Azərbaycan neftinin bahalaşması Amerika ilə əlaqədardır”.
Bunu "Sherg.az”a Azərbaycan neftinin 59 dollara qədər bahalaşmasının səbəblərini izah edərkən Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban deyib.
O bildirib ki, bahalaşma ABŞ enerji administrasiyasının həftəlik hesabatı ilə bağlıdır:
"Bu hesabat bazara kifayət qədər təsir etdi. Neft ehtiyatlarının azalması ilə bağlı məlumatlar öz əksini tapdı. Nəticə etibarı ilə bazarda neftin qiymətlərinin artması baş verdi”.
Qiymət artımının davamlı olmasını proqnozlaşdırmağın çətin olduğunu diqqətə çatdıran İ.Şaban deyib ki, bu növbəti hesabatlar və siyasi proseslərdən asılı olacaq:
"Sentyabrın əvvəlindən neftin 50 dollardan çox götürülməsi sistematik və dünyadakı siyasi proseslərlə bağlıdır. Meksika körfəzində neft hasilatı sahələrdə tüğyan edən qasırğalar hasilatın azalmasına gətirib çıxardı. Həmçinin Venesuelada ictimai-siyasi vəziyyətin kəskinləşməsi neftin qiymətlərinə təsir etdi. Bundan başqa Şimali Koreya ətrafında yaranan hərbi proseslər, neft daşımalarında risklərin artması xəbərləri də birjalara neftin qiymətinin artması ilə bağlı təkan verdi”.
Qeyd edək ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,92 dollar və ya 1,6 faiz artaraq 58,55 dollar təşkil edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya