“Azərbaycan növbəti dəfə öz sosial islahatlar standartlarını dünyaya nümayiş etdirdi”
09:41 20.06.2019
Arxiv
739
"Prezident İlham Əliyevin inqilabi sosial islahatları Azərbaycan modeli olaraq gələcəkdə tətbiq ediləcək”.
Bunu "Sherg.az”a açıqlamasında Qhtxeber.az portalının baş redaktoru Sənan Nəcəfov deyib.
Baş redaktorun sözlərinə görə, son bir ildə və xüsusən, 2019-cu ildən başlayaraq qəbul edilmiş bu səpkili qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan verirdi. Ancaq hazırki sərəncamlar əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq:
"Mütəxəssislərin ilkin rəylərinə görə, əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına öz təhfəsini verəcək. Prezident İlham Əliyevin Azərbaycanda başlatdığı sosial islahatlar inqilabı qarşısıalınmaz prosesdir. Bu siyasi iradə nümayişidir və daha geniş vüsət alacaq.
Azərbaycan növbəti dəfə sosial islahatlar sahəsində öz standartlarının olduğunu dünyaya nümayiş etdirdi. Vətəndaş məmnunluğu ölkəni idarə edən ali şəxsin əsas hədəfidir. Vətəndaş isə öz dövlətinin və Prezidentinin himayəsində olduğunu hiss edir. Bu isə xalq-iqtidar birliyini daha da möhkəmləndirir”.
S.Nəcəfovun sözlərinə görə, dövlət siyasətinin vətəndaş məmnunluğu üzərində qurulduğu bundan sonra da sübut deyil, birbaşa nümayiş etdiriləcək:
"Bununla da iqtidarın xalq yanında mövqeləri daha da möhkəmlənməkdə davam edəcək. Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, maddi rifah halının gücləndirilməsi, vətəndaşın yaşayış səviyyəsinin yüksəlməsi üçün düşünülmüş, dəqiq hesablanmış islahatlar riyazi model kimi Azərbaycan standartı adına dünyaya tanıdılacaq. Yenə təkrar edirəm, Prezident İlham Əliyevin inqilabi sosial islahatları Azərbaycan standartı kimi gələcəkdə tətbiq olunacaq. Zaman gələcək bunun şahidi olacağıq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol