Azərbaycan polisindən təqdirəlayiq addım




Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb. Dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb.

Bu barədə "Sherg.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub.
Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.