Azərbaycan Prezidentinin bu ibrətamiz davranışı ayaq üstündə alqışlandı




"Cənab Prezident və ölkənin birinci xanımı Mehriban xanım gənclərin görüşünə gəlmişdi. Dövlət başçısı bizə öz gəncliyindən danışdı”.

"Sherg.az”ın məlumatına görə, bunu İrəli İctimai Birliyinin sədri MirHəsən Seyidov feysbuk səhifəsində yazıb.

Gənc fəal bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın ən çətin vaxtlarında Ulu Öndər Heydər Əliyevin ölkə üçün etdiklərinə necə şahidlik etmkəsindən bəhs edib: "Görüşdə ölkə başçısı bügun ölkə gəncliyini necə yüksək qiymətləndirdiyini bir daha sübut etdi. Ali Baş Komandan gənclərlə bağlı necə yüksək fikirdə olduğunu və bugün Azərbaycan gəncinin hansı mövqedə dayanmalı olduğunun mesajını çatdırdı. Çətin qazanılan müstəqilliyin, hər bir gəncimiz, əsgərimiz tərəfindən hansı formada qorunmalı olduğundan, ən vacib vəzifə məsuliyyətinin biz gənclər üçün bu olduğundan danışdı. Hər bir gəncə şəxsi maraqları heç zaman dövlət maraqlarından üstün tutmamağın nə olduğunu izah etdi”.

M.Seyidov vurğulayıb ki, gənclərimiz ölkə rəhbərliyi qarşısında çıxış etməyin necə böyük bir məsuliyyət olduğunu hiss etdiyi üçün seçilən sözlərdə böyük bir səmimiyyət ifadə edirdi:

 "Çox duyğusal anlar yaşandı. Ölkə başçısı hər il olduğunu kimi bu ildə gənclərə Prezident mükafatı təqdim etdi. Bir fiziki məhdudiyyətli gəncə mükafatı təqdim etmək üçün səhnədən auditoriyaya enən dövlət başçımız bütün auditoriya tərəfindən ayaq üstündə alqışlandı. Budur bizim Prezidentimiz. Budur bizim Komandan”.

İsmayıl